Beynəlxalq yay məktəbi başa çatıb
01.08.2015 [10:45]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır və paylaş” adlı beynəlxalq yay məktəbi başa çatıb.
Bununla əlaqədar keçirilən mərasimdə Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu çıxış edərək Azərbaycanın multikulturalizm siyasətinin mahiyyətindən danışıb.
Mərkəzin layihələr şöbəsinin müdiri Hikmət Babayev yay məktəbinin statistikası və əldə olunan nəticələr haqqında məlumat verib. O deyib ki, yay məktəbində 15 xarici, 9 yerli olmaqla, ümumilikdə 24 universitetin tələbələri iştirak ediblər. Beynəlxalq yay məktəbinə 49-u xarici, 19-u azərbaycanlı olmaqla, bütövlükdə 12 ölkənin vətəndaşları qatılıb. Azərbaycanın 5 regionunda keçirilən yay məktəbində 23 mühazirəçi iştirak edib. Yay məktəbi ərzində 6 mühazirə, 2 “dəyirmi masa”, 2 görüş, 2 təqdimat, 1 diskussiya təşkil olunub. Nəticədə tələbələrin dövlət müşaviri, nazir müavinləri, rektor, direktor və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə görüşmək imkanı olub. Yay məktəbinin iştirakçıları ümumilikdə 1000 kilometrdən artıq məsafə qət edərək Qubada 30, Qusarda 40, Xaçmazda 30 nəfər ictimaiyyət nümayəndəsi ilə görüşüblər.
“Google”da beynəlxalq yay məktəbi ilə bağlı 24200 dəfə axtarış verilib. Mediada da beynəlxalq yay məktəbi lazımınca işıqlandırılıb. Bununla bağlı bütövlükdə 119 xəbər hazırlanıb. Yay məktəbi ilə əlaqəli xəbərlər 60 dəfə 19 sayt və portalda-5 rusdilli, 10 azərbaycandilli, 2 ingilisdilli, ümumilikdə 14 dəfə olmaqla 2 regional, 5 ölkə, 1 internet televiziyasında, bütövlükdə 45 xəbər olmaqla 15 dəfə 4 rusdilli, 30 dəfə 10 azərbaycandilli qəzetdə yer alıb.
BBMM-in Himayəçilik Şurasının sədri, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, yay məktəbinin sadalanan statistikası darıxdırıcı görünə bilər, amma bunları bilmək vacibdir: “Bu statistika zəhmət hesabına başa gəlib. Kaş biləydiniz, buradakı dostlarınız sizi layiqincə qarşılamaq, Azərbaycanda gününüzün mənalı, unudulmaz keçməsi üçün nə qədər zəhmət çəkiblər. Bu günlər ərzində Azərbaycan multikulturalizmi fənnini tədris edən müəllimləriniz sizinlə bərabər olublar. Multikulturalizm sizinlə doğmalaşan xalqımızın ruhunu, canını, qanını təşkil edən bir dəyərdir. Əlbəttə, biz yay məktəbinin nəticələrini sonrakı mərhələdə təhlil edəcəyik, hər bir ştrixi dərindən araşdıracağıq. Mən sizin baxışlarınızda ayrılıq kədəri görürəm. Amma bu baxışlarda başqa bir detalı da vurğulamaq lazımdır. Bu, gələcək görüşlərə ümiddir. Bizim Prezidentimiz hər dəfə ictimaiyyət nümayəndələri ilə görüşlərində qeyd edir ki, multikulturalizm həyati əhəmiyyətli amildir. Bu, bizim həyat tərzimizdir. Yay məktəbi ərzində siz özünüz buna əmin oldunuz. İndiyədək mənimsədiyiniz nəzəri biliklər bu 10 gün ərzində praktika ilə birləşərək Azərbaycan multikulturalizmi haqqında sizdə əyani, aydın təsəvvür yaratdı”.
“Yay məktəbi ərzində daxili zənginləşmə oldu. Təkcə siz yeni dostlar qazanaraq zənginləşmədiniz, həm də biz sizinlə ünsiyyət saxlayaraq zənginləşdik. Sizin üçün təkcə biz yox, Qubadakı, Qusardakı, Xaçmazdakı dostlarınız da darıxacaq. İnanıram ki, sizin Azərbaycana olan marağınızı sevgiyə çevirə bildik. Biz sizi sevdik. Arzu edirəm ki, bu sevgi uzun müddət davam eləsin. Siz həmişə bizim arzuedilən qonaqlarımız olacaqsınız. Hesab edirəm ki, aramızda başlanan bu dostluq möhkəm qardaşlığa çevriləcək. Yay məktəbi yekunlaşdı, yaşasın yay məktəbi!”, - deyə Dövlət müşaviri bildirib.
Sonda yay məktəbinin iştirakçılarına təşkilatçı qurumlar tərəfindən sertifikat təqdim edilib.
Arif ƏSƏDOV
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

