/ / Babək Məmmədzadə: İlk Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycanın güvənli tərəfdaş və etibarlı ölkə olduğuna bariz nümunədir
Babək Məmmədzadə: İlk Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycanın güvənli tərəfdaş və etibarlı ölkə olduğuna bariz nümunədir
16.05.2015 [11:55]
“Bu gün Azərbaycan dünya birliyinin tamhüquqlu üzvü olması ilə bərabər, həm regionda, həm də dünyada tanınan və iqtisadi, siyasi, mədəni, eləcə də, idman sahəsində önəmli iz qoya bilən ölkəyə çevrilməkdədir. Son iki onillikdə Cənubi Qafqaz regionuna və ümumilikdə Avropaya birbaşa təsir edən həlledici siyasi və iqtisadi qərarların verilməsi və bir vaxtlar yalnız arzu edilən böyük investisiya tutumlu layihələrin həyata keçirilməsi Azərbaycanın nüfuzuna müsbət töhfə versə də, Qərb tərəfindən bu işlər yetərincə dəyərləndirilməmiş və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə 20 ildən çox aparılan vasitəçilik hər hansı ciddi nəticə verməyib”. Bu fikirləri yap.org.az saytına açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun baş məsləhətçisi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvü Babək Məmmədzadə deyib.
B.Məmmədzadə bildirib ki, tarix boyu Azərbaycanın özünü Qərb və Şərqin vəhdətində görməsi və qərbin ideyası ilə şərqin mənəvi dəyərlərini sintez etməsi yetərincə vurğulanmır.
“Ölkədə müxtəlif milli azlıqların sülh şəraitində birgə yaşaması Azərbaycan rəhbərliyinin onlara isti münasibətinin bariz nümunəsi kimi dəyərləndirilə bilər. Mədəniyyət və idman sahəsində Azərbaycan xüsusilə böyük işlər görmüşdür. Müxtəlif idman sahələri üzrə dünya çempionatlarının paytaxtda və regionlarda təşkili artıq ənənəyə çevrilib. Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng layihələr nəinki Azərbaycan mədəniyyətinə, o cümlədən dünya mədəniyyətinə verilən böyük töhfədir. Bu mənada İlk Avropa Oyunlarının məhz Bakıda keçirilməsi bir çoxlarını qıcıqlandırsa da, belə möhtəşəm Oyunlara qısa müddətdə hazırlıq Azərbaycan rəhbərliyinin iradəsini göstərir. İştirakçı sayına və təşkilati göstəricilərə əsasən bu önəmli tədbir Avropa ilə ayaqlaşa bilən möhtəbər idman hadisəsi və uğurlu təşkilatçılığın simvoludur. Belə möhtəşəm tədbirin təşəbbüskarı kimi çıxış etmək və ona ev sahibliyi etmək Azərbaycanın güvənli tərəfdaş və etibarlı ölkə olduğuna bariz nümunədir və Avropa dəyərlərinin təbliğatında Azərbaycanın önəmli rolunu göstərir”, - deyə B.Məmmədzadə vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

