“Kənd təsərrüfatı ili”nin uğurlu başlanğıcı
15.05.2015 [09:37]
Azərbaycanda ərzaq təhlükəsizliyinin etibarlı təmin olunması əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Ümummilli liderin təşəbbüsü ilə hələ XX əsrin sonlarında Azərbaycanda torpaq islahatlarının aparılması, kənd təsərrüfatı işçilərinə, fermerlərə yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq təşkilatlarla bu sahədə əhəmiyyətli əlaqələrin qurulması kimi məqsədyönlü işlər aparılmışdı. 2001-ci ildən təsdiqlənmiş “Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı” çərçivəsində görülən işlər ölkədə kənd təsərrüfatının dirçəldilməsinə, yerli ərzaq məhsulları istehsalının artırılmasına, daxili və xarici bazarlarda bu məhsulların tələbatına xüsusi yol açdı. Hazırda Azərbaycanda bir çox strateji məhsullara tələbat yerli istehsal vasitəsilə ödənilir, xarici ölkələrə məhsul ixracı gündən-günə artırılır.
Bu iqtisadi siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun müvafiq dövlət qurumlarına göstəriş və tapşırıqlarında, qəbul edilən sənədlərdə, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi planında kənd təsərrüfatı sahəsinə diqqətin artırılması məsələsi öncül yerdə dayanır.
Bu məqamda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqinə nəzər salmaq yerinə düşər: “Bu il “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bu da bu sahəyə ayrılan diqqətin təzahürüdür. Sənaye, kənd təsərrüfatı hər bir ölkənin uğurlu iqtisadi inkişafının təminatıdır. Bizim Azərbaycan əhalisinin təxminən yarısı bölgələrdə, kəndlərdə yaşayır. Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir. Amma biz hələ də ərzaq təhlükəsizliyini tam şəkildə təmin etməmişik. Ancaq bu sahədə böyük yol keçmişik. Bu gün Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Bəzən bu məhsullar üçün lazım olan komponentlər idxal edilir. Bu, bəlkə də, birinci mərhələ üçün məqbul variantdır. Ancaq çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan bütün məhsulların komponentləri də burada istehsal olunsun, toxumdan tutmuş, hazır məhsullara qədər”.
Əlbəttə ki, “Kənd təsərrüfatı ili” çərçivəsində müəyyən edilən hədəflərə çatmaqda aqrar sahədə çalışanların da üzərinə böyük məsuliyyət düşür.
Azərbaycanda Prezident İlham Əliyevin dediyi kimi, bir istehsal mühitinin yaradılması üçün kifayət qədər imkanlarımız var. Fəaliyyət göstərdiyim şimal bölgəsinin - Qusar rayonunun zəhmətkeş insanları, əlverişli coğrafi iqlimi, münbit və məhsuldar torpağı vardır. Burada müəyyən toxum istehsalı müəssisələrinin və toxum saxlayıcı bazaların yaradılması yerinə düşərdi. Çünki hava şəraitinin istənilən zaman respublikanın digər bölgələrinə nisbətən sərinliyi bu sahənin inkişafına xüsusi zəmin yaradır. Prezident İlham Əliyevin imzaladığı Dövlət proqramları buna tam imkan verir.
Xatırlatmaq istərdim ki, mən 2008-ci ildən Qusarda sahibkarlıqla məşğulam. Müxtəlif vaxtlarda taxıl istehsalı, meyvə-tərəvəz yetişdirilməsi, toxum istehsalı ilə məşğul oluram. Bu məsələdə vacib olan məqamlardan biri texnika və gübrə məsələsidir ki, burada “Aqrolizinq” şirkətinin xidmətlərindən istifadə edirəm. Pomidor, xiyar, paxla, badımcan, bibər, kələm, qovun, qarpız kimi kənd təsərrüfatı məhsullarının istehsalında hər iki detal olduqca zəruridir. Amma ümumiyyətlə bəzi yerlərdə yeni texnika növlərinə ehtiyac var.
Həmçinin, bölgələrdə gənclər arasında ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri azlıq təşkil edir.
Məktəblərdə uşaqların əmək dərsləri proqramlarına kənd təsərrüfatı ilə yaxından tanışlığı təmin edən dərslərin salınması yaxşı olardı. Əminəm ki, bu, gənclərimizin kənd təsərrüfatı sahələrinə həvəs və istəklərinin artmasına səbəb olar.
Ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafına yönəlik tədbirlərin intensivləşməsi, həyata keçirilən islahatlar bəzi kiçik problemlərin də tezliklə öz həllini tapacağını deməyə əsas verir. Bir sözlə, Prezident İlham Əliyevin bu sahədə irəliləyişə nail olmaq üçün həyata keçirdiyi tədbirlərə hər bir vətəndaş öz işi ilə dəstək verərsə, dövlət və dövlətçiliyimiz yolunda vəzifələrimizin yerinə yetirilməsinə layiqincə səy göstərərsə, “Kənd təsərrüfatı ili”nin başlanğıcı kimi sonu da uğurlu olacaq. Buna ürəkdən inanırıq.
Jalə ƏMİRBƏYOVA
Qusar rayonu, sahibkar
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41

