Qubadlı ictimaiyyəti 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirib
31.03.2015 [10:05]
Qubadlı rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının təşəbbüsü ilə rayon İcra Hakimiyyətinin (RİH) Sumqayıt şəhərində yerləşən inzibati binasında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov 1918-ci ilin martında baş verən hadisələr haqqında geniş məlumat verib. İcra Hakimiyyətinin başçısı bildirib ki, həmin hadisələr, əslində bolşeviklərin daşnaklarla birlikdə azərbaycanlılara qarşı həyata keçirdikləri milli qırğın siyasəti idi. 1918-ci ili mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran, o cümlədən, Qərbi Azərbaycanda həyata keçirilən bu soyqırımı nəticəsində erməni terrorçuları on minlərlə günahsız azərbaycanlını qətlə yetirib, öz dədə-baba yurdlarından didərgin salıblar.
Daha sonra RİH-nin məsul işçisi Məhəmməd Həsənov “Soyqırım: Qubadlı bölgəsində erməni vəhşilikləri”, Yuxarı Mollu kənd tam orta məktəbinin müəllimi Vahid Quliyev “1920-ci il aprel işğalına qədər ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar”, Xıdırlı kənd tam orta məktəbinin tarix müəllimi Savalan İmanov “Azərbaycanlılara qarşı represiya və deportasiya aktlarının həyata keçirilməsi və ya soyqırımın yeni adı” və Zilanlı kənd tam orta məktəbinin müəllimi Ayna Həsənova “XX əsrin 80-ci illərin sonları 90-cı illərin əvvəllərində Azərbaycanın ərazi bütövlüyünə soyqırımla müşahidə olunan yeni qəsdlər” mövzularında məruzələrlə çıxış ediblər. Məruzəçilər diqqəti 1918-ci ilin martında ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımına yönəldərək bildiriblər ki, Azərbaycan xalqı baş verənləri unutmamalıdır. Qeyd edilib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli və “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanlar hər birimiz üçün aktuallığını heç zaman itirməyən fəaliyyət proqramıdır. O da vurğulanıb ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən ardıcıl və prinsipial siyasət həyata keçirilir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

