Azərbaycan yenidən türkoloji mərkəzə çevrilir: “Kitabi-Dədə Qorqud” işığında
06.02.2015 [09:43]
Bir neçə gün öncə ölkəmizdə keçirilən “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits - 200” Beynəlxalq Kollokviumu bir sıra mühüm elementləri ilə yadda qaldı. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektoru və Bakı Slavyan Universitetinin Mətbuat xidməti keçirilən kollokviumla bağlı məlumat yayıblar. Məlumatda bildirilir ki, “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits - 200” Beynəlxalq Kollokviumunun başlanması haqqında qərar bu ilin yanvarın 10-da Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin rəhbərliyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universiteti, “Kultura plus” İnternet Televiziyası rəhbərliyinin iştirak etdiyi müşavirədə verilib. Bu il yanvarın 30-31-də Türkiyə, Almaniya, İtaliya, Rusiya, Qazaxıstan, Gürcüstan, Latviyadan gələn məşhur qorqudsevərlər azərbaycanlı həmkarlarının qonağı olublar.
Beynəlxalq Kollokviumun işində Türk Dil Kurumunun başkanı, professor Mustafa Kaçalin, Yunus Emre İnstitutunun başkanı, professor Hayati Develi, Egey Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun təsisçisi, professor Fikrət Türkmən, Almaniyadan Mayns Universitetinin professoru Hendrik Boeschoten, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, professor Sieglinde Hartmann, İtaliyadan “Sandro Teti” Nəşriyyat Evinin rəhbəri Sandro Teti, jurnalist Mauritsio Korta, Rusiyadan Elmlər Akademiyası Dilçilik İnstitutunun əməkdaşı, professor Əli Çeçenov, incəsənət xadimi Alla Axundova, Qazaxıstan Beynəlxalq Türkoloji Mərkəzinin prezidenti, professor Erden Kajıbek, Tbilisi Dövlət Universitetinin professoru David Qotsiridze, Latviya Universitetinin əməkdaşı Uldis Berzins iştirak ediblər.
Azərbaycanın qədim tarixini, ənənəsini, multikultural dəyərlərini dünyada təbliğ etdikləri üçün alimlərimizin xüsusi hörmətini qazanmış bu şəxslər kollokviumun üzvləri olaraq “Kitabi-Dədə Qorqud” dastanının hərtərəfli öyrənilməsi ilə bağlı orijinal çıxışları ilə yadda qalıb, təkliflər irəli sürüblər.
Birinci toplantı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilib. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev, Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Milli Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru, akademik Rəfail Hüseynov, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, Əlyazmalar İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Əlyazmalar İnstitutunun şöbə müdiri, professor Fərid Ələkbərli, Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, professor Zümrüd Quluzadə, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının I katibi Günay Əfəndiyeva, Bakı Slavyan Universitetinin dosenti Telman Kazımov, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Beynəlxalq Kollokviumun yerli üzvləri seçiliblər.
Tədbirdə Azərbaycanın milli və dini icmalarının nümayəndələri iştirak ediblər. Açılış nitqində kollokviumda dünya səviyyəli qorqudşünasların iştirakını yüksək qiymətləndirən Dövlət müşaviri Kamal Abdullayev alimlərin səsləndirəcəyi təkliflərin “Kitabi-Dədə Qorqud” dastanının araşdırılması və təbliğatı işinə böyük töhfələr verəcəyinə əminliyini vurğulayıb.
Daha sonra kollokviumun üzvləri və iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda olublar. Keçirilən kollokviumla bağlı 60-dan çox təklif bənd-bənd müzakirəyə çıxarılıb, fikir mübadiləsi aparılıb, “Kitabi-Dədə Qorqud” dastanının təbliğatına yönəlik 2015-ci il boyu keçiriləcək tədbirlərin proqramı müəyyənləşdirilib. Proqramı icra edəcək təşkilat komitəsi və işçi qrupu yaradılıb. Koordinasiya işləri Bilik Fonduna tapşırılıb. Kollokviuma Bakı Slavyan Universitetində yekun vurulub. Daha sonra qorqudşünaslar Dədə Qorqud parkını gəziblər. Xarici elm adamlarına “Dədə Qorqud heykəli və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncam barəsində məlumat verilib, “Kitabi-Dədə Qorqud” abidəsinin 2013-cü ildə ucaldıldığı bildirilib. Qorqudşünaslar parkda xatirə şəkli çəkdiriblər.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37

