Ulu öndər Heydər Əliyev milli neft strategiyasının yaradıcısıdır
09.01.2015 [10:06]
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın iqtisadi imkanlarının səfərbər olunması, ölkənin malik olduğu təbii sərvətlərinin istismarına xarici investisiyaların cəlb edilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb. Azərbaycanın neft və qaz ehtiyatlarının istismarına xarici investisiyaların cəlb edilməsində 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” xüsusi yer tutur. Ümummilli liderin təşəbbüsü ilə bağlanan bu müqavilə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoyub.
AzərTAc xəbər verir ki, bu fikirlər Ulu öndərin irsinin öyrənilməsi məqsədilə yanvarın 8-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə keçirilən növbəti açıq dərsdə səsləndirilib.
Zaqatala şəhər 1 nömrəli tam orta məktəbinin tarix müəllimi Pərixanım Şabanovanın tədris etdiyi “Ulu öndər Heydər Əliyev milli neft strategiyasının yaradıcısıdır” mövzusunda açıq dərsdə rayonun Çobankol, Bazar, Qandax və Sumaylı kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər.
Açıq dərsdə Ümummilli liderin Azərbaycanın milli neft strategiyasının yaradılmasındakı rolu və xidmətlərindən, neftin Azərbaycan iqtisadiyyatının inkişafındakı rolundan ətraflı bəhs olunub. Neft strategiyasının mahiyyətinin ölkəmizin mövqeyinin möhkəmləndirilməsi və “qara qızıl”ın xalqın rifahına xidmət etmək olduğu vurğulanıb.
Şagirdlərin diqqətinə çatdırılıb ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycanın milli neft strategiyasının əsası qoyulub. Təməli Ulu öndər tərəfindən qoyulan bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkəmizin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edilib. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artıb, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verilib. Bu müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edilib, eyni zamanda, Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması bir daha nümayiş etdirilib. “Əsrin müqaviləsi”nin bağlanması Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaradıb.
Tədris prosesində şagirdlər Mərkəzdə Ulu öndərin həyat və fəaliyyətinə dair zəngin ekspozisiya ilə də yaxından tanış olublar.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30

