Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunub
06.01.2015 [09:50]
Azərbaycan tarixinə uğurlu il kimi daxil olan 2014-cü il Naxçıvan Muxtar Respublikası üçün də əlamətdar hadisələrlə yadda qalıb. Yola saldığımız ildə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi geniş qeyd olunub. Əvvəlki illərdəki kimi, “Muxtariyyət ili”ndə də iqtisadi və sosial həyatın bütün sahələrində tərəqqiyə nail olunub, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Xüsusilə, abadlıq-quruculuq işlərinin əhatə dairəsinin genişlənməsi qədim Naxçıvanı daha da gözəlləşdirib. Başa vurduğumuz ilin uğurlu sosial-iqtisadi yekunları muxtar respublika əhalisinin Yeni ili yüksək bayram əhval-ruhiyyəsi ilə qarşılamasına səbəb olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, muxtar respublikada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ruh yüksəkliyi, təntənə və bayram gəzintisi şəraitində qeyd edilib. Bayramların gəlişi münasibətilə bir neçə gün əvvəldən Naxçıvan şəhərində yolkalar bəzədilib və şəhər bayram libasına bürünüb.
Dekabrın 31-də axşam saatlarında minlərlə naxçıvanlı və muxtar respublikanın qonaqları mərkəz meydanda - Heydər Əliyev prospektində toplaşıb, həmrəylik bayramını birlikdə qeyd ediblər. Meydanda təşkil olunan konsert proqramında Vətənimizi, həmrəyliyi, milli dəyərlərimizi, Yeni ili tərənnüm edən mahnılar səslənib, gənclər rəqs edərək xoş dəqiqələr keçiriblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyində iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza televiziya vasitəsilə təbriki mərkəzi meydanda və digər yerlərdə quraşdırılan monitorlar vasitəsilə birbaşa yayımlanıb. Azərbaycan xalqına təbriklərini çatdıran dövlətimizin başçısı deyib: “Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, bu gün qüdrətli, müstəqil Azərbaycan dövləti vardır. Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Biz 23 ildir ki, müstəqilik və müstəqil siyasət aparırıq. Milli maraqlar, milli dəyərlər üzərində qurulmuş bu müstəqil siyasət bugünkü Azərbaycan reallıqlarını təmin edir. Bu gün Azərbaycan dinamik, sürətlə inkişaf edən ölkədir. Azərbaycan demokratiya, azadlıq, müstəqillik, tərəqqi, inkişaf yolu ilə uğurla gedən ölkədir. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər ki, bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir”.
Şənliyə toplaşan sakinlər gecə saatlarında möhtəşəm bayram atəşfəşanlığını seyr edib, yurdumuza ilk qədəmlərini qoyan Yeni ili xoş arzular və böyük təntənə ilə qarşılayıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

