Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Gəncə nümayəndəliyi təsis edilib
06.01.2015 [09:49]
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin Gəncə nümayəndəliyi təsis edilib. Bu barədə təşkilatın sədri Səbuhi Abbasov məlumat verib. S.Abbasov onu da qeyd edib ki, 30 iyun 2006-cı ildə təsis edilən təşkilat bir çox layihələrə imza atıb: “ASGA 2006-cı ildə təsis edilib, elə həmin ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Təşkilatın məqsədi Azərbaycan və slavyan ölkələri gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələri yaratmaq və inkişaf etdirmək, Azərbaycan və slavyan ölkələri gənclərinin problemlərinin ümumi cəhətlərini araşdırmaq, bəşəri dəyərləri öyrənmək və s. sahələri əhatə edir. Bu illər ərzində bir çox yerli və beynəlxalq layihələr reallaşdırmışıq”.
ASGA-nın ölkə sərhədləri daxilində kifayət qədər ciddi fəaliyyət göstərən təşkilat kimi tanındığını deyən S.Abbasov təşkilatın respublikanın ayrı-ayrı regionlarında nümayəndəliklərinin açılmasının zəruri olduğunu qeyd edib: “Biz təşkilat olaraq əsas məqsəd və hədəfimizə çatmaq üçün filialların, nümayəndəliklərin açılmasını zəruri hesab edirik. Bu baxımdan ötən il Rusiyada və Ukraynada nümayəndəliyin açılması və birgə layihələrin reallaşdırılması çox mühüm addım oldu. Bundan başqa Avropa Şurası Gənclər departamenti ilə birgə layihələrin reallaşdırılması ilə bağlı memorandumun imzalanması ASGA-nın beynəlxalq əlaqələrində qazandığı ciddi uğurlardan biridir. Gəncə nümayəndəliyinin açılması isə region gənclərinin ölkənin ictimai həyatında iştirakını stimullaşdıran əsas amillərdən biridir”.
Yeni təsis edilən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Gəncə nümayəndəliyi artıq fəaliyyətə başlayıb. Nümayəndəliyin rəhbəri Gəncədə öz səmərəli fəaliyyəti ilə tanınan Teymur Əliyevdir. Nümayəndəlik səmərli fəaliyyətini təmin etmək məqsədi ilə bütün zəruri texniki avadanlıqlarla təchiz olunub.
Gəncə nümayəndəliyi artıq Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə mədəni-kütləvi tədbirlər həyata keçirib. Eyni zamanda, Gəncədə gənclərin hərtərəfli inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov ASGA-nın fəxri diplomu ilə təltif edilib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29

