Fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
23.12.2014 [09:46]
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının üzvləri, habelə ölkənin 60-dan çox aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.
Fondun icraçı direktoru Vüqar Səfərli tədbiri giriş sözü ilə açaraq media nümayəndələrini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb. V.Səfərli Fondun yarandığı gündən mətbuatın maddi-texniki problemlərinin həlli, ölkə jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.
Fondun 2014-cü ildə müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə 10-dək fərdi jurnalist yazıları müsabiqələri təşkil etdiyini bildirən V.Səfərli həmin müsabiqələrdən ümumilikdə 336 nəfər jurnalistin bəhrələndiyini diqqətə çatdırıb. O, jurnalistlərə daha geniş yaradıcılıq imkanlarının verilməsi məqsədilə Fondun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi müsabiqənin keçirilməsi qaydalarında bəzi əlavə və dəyişikliklərin edildiyini xatırladıb. Müsabiqə mövzularının jurnalistlərin özləri tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə müəyyənləşdirildiyini deyən Vüqar Səfərli bu yeniliyin onların yaradıcılığına müsbət təsir göstərdiyini vurğulayıb.
V.Səfərli, həmçinin müsabiqəyə 58 kütləvi informasiya vasitəsindən 154 yazının təqdim edildiyini, yazıların 13 ekspert tərəfindən qiymətləndirildiyini, Müşahidə Şurasının qərarı ilə 57 redaksiyanı təmsil edən 114 nəfər jurnalistin qalib elan edildiyini vurğulayıb. Fondun icraçı direktoru müsabiqədə hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 300 manat olmaqla 2, III yer üçün 200 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu bildirib.
Fondun Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxışında ölkəmizdə KİV-in inkişafı üçün bütün zəruri tədbirlərin həyata keçirildiyini bildirərək Fondun yaradılmasını, habelə jurnalistlərin dövlət hesabına mənzillərlə təmin edilməsini dünyada analoqu olmayan mütərəqqi təcrübə kimi dəyərləndirib. B.Sadıqov fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilmiş yazıların müəyyən qismində jurnalist peşəkarlığının aşağı səviyyədə olduğunu, plagiata rast gəlindiyini, orijinal yanaşmaya rast gəlinmədiyini təəssüflə qeyd edib. O, Fondun eksperti kimi təcrübədə üzləşdiyi nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələrini verib.
Fondun ekspertlərindən - Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, BDU-nun professoru Cahangir Məmmədli, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxışlarında müsabiqələrə təqdim edilmiş yazılar barədə fikir və rəylərini bildiriblər. Ekspertlər çıxışlarında ölkə jurnalistlərinə Fondun təşkil etdiyi müsabiqələrə daha yaradıcı yanaşmağı, tədqiqat və araşdırmalara geniş yer verməyi, fərdi və orijinal yazı üslubuna üstünlük verməyi tövsiyə ediblər.
Daha sonra KİV nümayəndələrinin müsabiqə qaydaları ilə bağlı rəy və təklifləri dinlənilib. Fondun icraçı direktoru V.Səfərli jurrnalistlərə müsabiqə qaydalarının təkmilləşdirilməsini nəzərdə tutan təklifləri Fonda yazılı qaydada çatdırmağı məsləhət görüb və səmərəli təkliflərin Müşahidə Şurasının iclasında müzakirəyə çıxarılacağını bildirib.
Sonda müsabiqə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08

