Şirvan şəhərində 7-ci “Kompleks Təlim Proqramı”nın rəsmi açılışı olub
29.11.2014 [11:18]
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Regional Təlim İnkişaf Proqramı-1” çərçivəsində Şirvan şəhərində 7-ci “Kompleks Təlim Proqramı”nın rəsmi açılışı olub. Açılış mərasimindən öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Tədbirdə “Azərsu” ASC-nin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verib, istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması ilə bağlı “Azərsu” ASC tərəfindən görülən işləri yüksək qiymətləndirib. “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Şirvan şəhərinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verərək bildirib ki, Aran bölgəsinin böyük infrastruktur layihələrindən olan Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsindən sonra şəhərin su təchizatında ciddi dönüş yaranıb: “2013-cü ilin iyulunda möhtərəm Prezident İlham Əliyev Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsinin açılışını etmişdir. Yeni mənbədən suyun verilməsindən və yeni infrastrukturların yaradılmasından sonra Şirvan şəhərinin içməli su təchizatında əhəmiyyətli dəyişikliklər olmuşdur. Şəhərin mərkəzləşmiş su təchizatı sistemi olmayan Yeni Yaşayış Massivində infrastruktur yaradılmış 15 mindən çox sakin 24 saat su ilə təchiz olunmuşdur. Bu ilin mayında Şirvan şəhərinin Çılpaqlı qəsəbəsinə Şirvan-Muğan qrup su kəmərindən içməli suyun verilməsinə başlanmış və 5000-dək qəsəbə sakininin su problemi həllini tapmışdır”.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov Aran bölgəsinin digər şəhər və rayon mərkəzlərində həyata keçirilən layihələr barədə məlumat verərək bildirib ki, bu layihələr əhalinin içməli su və kanalizasiya ilə bağlı problemlərinin birdəfəlik həllinə xidmət edir.
“Azərsu” ASC-nin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə bildirib ki, bu il keçirilən sonuncu regional təlimdə Şirvan, Sabirabad, Saatlı, Göyçay, Kürdəmir, Ucar, Hacıqabul və Neftçala, həmçinin, “Kür su kəmərləri” İdarəsinin 175 əməkdaşı iştirak edir. Dekabr ayının ortalarına qədər davam edəcək təlimlər seminar və praktiki məşğələlər formasında keçirilir. Təlimləri müvəffəqiyyətlə başa vuran işçilər “Azərsu” ASC-nin “Daxili təlimçilərin təlimi” layihəsi üzrə namizədlərin seçilməsi və hazırlanması layihəsinə daxil ediləcəklər. Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif sosial proqramlar həyata keçiriləcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

