Səbail rayonunda yanğınların profilaktikası ilə bağlı müşavirə keçirilib
19.11.2014 [10:03]
Səbail rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Regional Mərkəzi ilə birgə “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda rayon müşavirəsi keçirilib.
Səbail rayon rəhbərliyinin, qəsəbə və ərazi nümayəndəliklərinin, bələdiyyələrin, rayonun təsərrüfat və kommunal xidmətlərinin rəhbərlərinin, aidiyyəti idarə və təhsil müəssisələrinin, Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının əməkdaşlarının iştirakı ilə keçirilən müşavirəni Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev açaraq qonaqları salamlayıb, tədbirin məqsədi barədə məlumat verib. Bildirilib ki, artıq 4-cü ildir ki, rayon İcra Hakimiyyətində payız-qış mövsümünün başlanması ilə əlaqədar “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda silsilə tədbirlər keçirilir, yanğın təhlükəsizliyi və onların profilaktikası ilə bağlı məsələlər müzakirə olunur, çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilir. Yavər Allahverdiyev yay aylarında rayonda görülən işlər və qarşıda duran məsələlər barədə ətraflı məlumat verib.
Müşavirədə Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşlarının “Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları” mövzularında çıxışları dinlənilib.
Səbail rayonunun Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Qaz İstismarı sahəsinin, Enerji Təchizatı və Satışı İdarəsinin, Sukanal İdarəsinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası rəhbərlərinin hesabatları dinlənilib, mövcud problemlər və onların həlli istiqamətində atılmalı addımlar barədə məlumat verilib.
FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçiyev Səbail rayonunda 2013-2014-cü illərin müvafiq dövrlərində yanğın və dəm qazından zəhərlənmələrlə bağlı müqayisəli statistikanı, tədbir iştirakçılarının nəzərinə çatdırıb, mərkəz əməkdaşları tərəfindən aparılan reydlərin nəticələri ilə iştirakçıları tanış edib, hər bir idarə və təşkilat rəhbərinin, bələdiyyə üzvünün, vətəndaşın yanğın təhlükəsizliyi və onun profilaktikası ilə bağlı görməli işlərindən, ən əsası isə əhalinin maarifləndirilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışıb.
Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomateriallar nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

