Mir Cəlal Paşayevin əziz xatirəsinə həsr edilmiş ikicildliyin təqdimatı olub
27.09.2014 [10:42]
Sentyabrın 26-da Bakı Dövlət Universitetində (BDU) görkəmli yazıçı, alim və pedaqoq, Əməkdar Elm Xadimi, professor Mir Cəlal Paşayevin əziz xatirəsinə həsr olunmuş ikicildlik kitabın təqdimatı mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, kitabın müəllifi, tərtibçisi və nəşrə hazırlayanı filologiya elmləri doktoru, professor Teymur Əhmədov, redaktoru BDU-nun kafedra müdiri Ədibə Paşayevadır.
Tədbiri BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq Mir Cəlal Paşayevi istedadlı yazıçı, böyük müəllim, xeyirxah insan kimi xarakterizə edib və ədibin xatirəsinə həsr olunmuş ikicildliyin nəşrini yüksək qiymətləndirib.
Bildirilib ki, kitabın “Mir Cəlal: Həyatı, mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyəti” adlı birinci cildində Mir Cəlal haqqında müasirlərinin ədəbi-nəzəri düşüncələri və ədibə həsr olunmuş poetik nümunələr yer alıb.
“Nurlar” nəşriyyat poliqrafiya mərkəzi tərəfindən nəfis şəkildə çap olunmuş bu kitabın ikinci cildi “Mir Cəlal: Ömrün mənalı anları” adlanır. Bu cilddə ədibin fotoşəkilləri, əlyazmaları və epistolyar irsi toplanıb. Bu albom-kitabda Mir Cəlalın həyatı və mühiti fotoşəkillərlə müşayiət olunur.
A.Məhərrəmov vurğulayıb ki, Bakı Dövlət Universitetinin sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”.
Rektor deyib ki, BDU-nun filologiya fakültəsi tələbələrinin birinci kursda istifadə etdikləri “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi daha sonralar mütəxəssislərin masaüstü kitabı olub. Mir Cəlal Paşayev 1936-cı ildən ömrünün sonunadək dərs dediyi universitetin auditoriyalarında bu fəndən mühazirələr oxuyub.
Tədbirdə AMEA-nın müxbir üzvi, professor Təhsin Mütəllimov, BDU-nun kafedra müdiri, professor Cahangir Məmmədli, təhsil nazirinin müavini Firudin Qurbanov və akademik Vasim Məmmədəliyev çıxış edərək XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin ömür yolundan və bənzərsiz yaradıcılıq axtarışlarından geniş söhbət açıblar.
Qeyd edilib ki, Mir Cəlal Paşayev böyük şəxsiyyətlərin həyat və yaradıcılıqlarını, dövrünün ictimai-siyasi, ədəbi-mədəni mühitini öyrənməklə, tədqiq etməklə özü də uca zirvələrə qalxıb, əsl şəxsiyyət kimi müdrikləşib. Qəti əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb.
Əməkdar Elm Xadimi Mir Cəlal Paşayev XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq tarixində elə bir cığır açıb ki, bu, çağdaş təfəkkürümüzün də əsas sütunu olaraq qalacaqdır. Təsadüfi deyil ki, bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri müxtəlif dillərdə nəşr edilərək maraqla oxunur.
Vurğulanıb ki, XX əsr Azərbaycan ədəbiyyatı və elminin inkişafında müstəsna xidmətləri olmuş Mir Cəlal Paşayevin 100 illiyinin UNESCO səviyyəsində qeyd edilməsi, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür.
Natiqlər yeni kitabı Mir Cəlal Paşayevi təkcə bir alim, ədib, pedaqoq kimi deyil, həm də böyük insan, gözəl müəllim, səmimi dost, qayğıkeş ailə başçısı kimi daha dərindən tanıtmaq baxımından yüksək qiymətləndirərək bu işdə əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, 1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşmuş, böyük şəxsiyyət kimi tarixləşmiş, gözəl müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olaraq qalacaqdır.
Mir Cəlal Paşayevin qızı, Bakı Dövlət Universitetinin kafedra müdiri Ədibə Paşayeva çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. O, ikicildliyin gənclərin zəhmətə alışması, bilikli olmaları, Vətənə, dövlətə layiqli vətəndaşlar kimi formalaşmaları baxımından böyük əhəmiyyət daşıdığını söyləyib.
Kitaba ən böyük qiyməti oxucuların verəcəyini deyən Ədibə Paşayeva professor Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatına və elminə, təhsilinə dəyərli töhfələr verdiyini, alimin şərəfli ömür yolunun nəsillərə layiq örnək olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31

