/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində nümunəvi şərait yaradılıb
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində nümunəvi şərait yaradılıb
27.08.2014 [09:26]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində sağlamlıq imkanları məhdud uşaqlar üçün iki sosial xidmət müəssisəsi - Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki 3 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 7 saylı internat evləri fəaliyyət göstərir. Fiziki və əqli qüsurlu uşaqlar üçün nəzərdə tutulan həmin internat evlərində, bu günə olan məlumata əsasən, ümumilikdə 307 uşaq tam dövlət himayəsində yaşayır.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın uşaq evləri və internat evlərinə göstərdiyi diqqət və qayğı Şağan 3 saylı və Saray 7 saylı internat evlərinin də həyatında çox böyük müsbət dəyişikliklər yaradıb.
Belə ki, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində hər iki internat evində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisələrdə uşaqların normal yaşayışı, çoxşaxəli və səmərəli reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə uyğun şərait mövcuddur.
İnternat evləri uşaqların lazımi tibbi və reabilitasiya xidmətləri ilə təmin olunması üçün tam təchiz edilib. Tibb otaqları müasir avadanlıq və dərman preparatları, idman zalları lazımi qurğularla təmin edilib. Fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqlarında vakuumlu masaj, ayaqlar üçün elektrotrenajor və s. avadanlıqlar quraşdırılıb. Həmçinin uşaqlar üçün kompyuter, şahmat, dama, otaqları, onların ilkin yaradıcılıq məşğuliyyəti üçün mini emalatxanalar, valideynlərlə görüş otaqları fəaliyyət göstərir.
Hər iki internat evinin həyətində geniş abadlıq, yaşıllaşdırma işləri aparılıb, gözəl fəvvarələr, əyləncə qurğuları, attraksionlar, uşaqların fantaziyasına uyğun müxtəlif lövhələr və s. quraşdırılıb. İnternat evlərində uşaqlar yaşına, cinsinə və xəstəlik dərəcələrinə görə ayrı-ayrı qruplarda yerləşdirilib və hər bir qrupun ayrıca yataq və oyun otaqları var.
Uşaqların fitri istedad və bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif dərnəklərin də fəaliyyət göstərdiyi bu internat evlərində Mehriban xanım Əliyevanın “Ən müasir internat məktəbi və ən yaxşı uşaq evi ailəni əvəz edə bilməz” sözləri de-istitusionallaşdırma sahəsində görülən işlərdə əsas devizə çevrilib.
Cari ilin 6 ayı ərzində bu internat evlərindən 13 nəfər uşağın ailələrinə qovuşmasına nail olunub.
Xəbər lenti
Hamısına baxİdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25

