/ / Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin nümayəndə heyəti MDU-nun Bakı filialında olub
Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin nümayəndə heyəti MDU-nun Bakı filialında olub
30.04.2014 [09:17]
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) iqtisadiyyat fakültəsinin nümayəndə heyəti bu ali təhsil ocağının Bakı filialında olub.
AzərTAc xəbər verir ki, MDU-nun iqtisadiyyat fakültəsinin dekanı, iqtisadiyyat elmləri doktoru Aleksandr Auzanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı filialında iqtisadiyyat fakültəsinin tələbələri ilə görüşüb.
MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva qonaqları salamlayaraq, filialda iqtisadiyyat fakültəsinin 2012-ci ilin sentyabrından açıldığını, burada 47 tələbənin təhsil aldığını bildirib. Rektor diqqətə çatdırıb ki, fakültə iki istiqamət üzrə fəaliyyət göstərir: iqtisadiyyat və menecment.
Tələbələrlə səmimi şəraitdə keçən görüşdə qeyd edilib ki, Bakı filialında iqtisadiyyat fakültəsinin yaradılması bu istiqamətdə təhsilin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması məqsədini daşıyır. Görüşdə Bakı filialının iqtisadiyyat fakültəsinin inkişaf perspektivləri, tədris prosesinin və elmi tədqiqat işlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması yolları müzakirə olunub.
Filialda tədris prosesi, tədris korpusu, laboratoriyalar, həmçinin, tələbələr və müəllimlər üçün yataqxana ilə tanış olduqlarını deyən moskvalı qonaqlar filialda yaradılan yüksək şəraiti qeyd edib, bu ali təhsil ocağının maddi-texniki təchizatı ilə bağlı məmnunluqlarını ifadə ediblər.
MDU-nun iqtisadiyyat fakültəsinin dekanı, Rusiya Prezidenti yanında İqtisadi Şuranın üzvü Aleksandr Auzan fakültənin gələcək inkişafı ilə bağlı planlardan danışıb, tələbələrin suallarını cavablandırıb. O bildirib ki, bu, tələbələrlə ilk görüşüm deyildir. Mən bir il əvvəl də buraya gəlmişdim. Onlar hələ bir il bundan əvvəl mənim xoşuma gəlmişdilər. Amma indi görürəm ki, onların gələcəyə maraqları oyanyıb. Doğma ölkələri Azərbaycanda öz biliklərindən necə istifadə edəcəklərini, nə ilə faydalı olacaqlarını düşünürlər. İqtisadiyyat fakültəsində magistraturanın açılmasına gəlincə isə bu məsələ filialın rektoru, professor Nərgiz Paşayeva ilə danışıqların mövzularından biridir. MDU-nun iqtisadiyyat fakültəsində 15 magistr proqramı var. Onların hər biri azərbaycanlı tələbələri qəbul etməyə hazırdır. Düşünürəm ki, əgər sıx işləsək, 2015-ci ildə həm Bakıda, həm də Moskvada, eyni zamanda təhsil almağa imkan yaradan magistraturanı açmaq mümkün olacaq.
Görüşdə Bakı filialının tələbələri təhsillərinin xaricdə davam etdirilməsi imkanlarını müzakirə ediblər.
MDU-nun beynəlxalq əlaqələr üzrə dekan müavini Vladimir Eçenike Bakı filialının tələbələrinin tələbə mübadiləsi proqramına daxil olmaq imkanlarının nəzərdən keçirildiyini söyləyib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

