Laçın rayonundan olan gənclər hərbi ixtisaslara yiyələnməkdə maraqlıdırlar
28.03.2014 [09:07]
Martın 27-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Laçın rayonu ictimaiyyətinin nümayəndələri, ziyalılar, Qarabağ müharibəsi iştirakçıları, bu rayonun orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlər və onların valideynləri ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov çıxış edərək görüşün şagirdlərin hərbi ixtisaslara yiyələnmələrinə maraqlarının artırılmasını stimullaşdırmaq məqsədilə keçirildiyini deyib.
Bildirilib ki, əraziləri işğal olunmuş rayonlar üzrə orta ümumtəhsil məktəblərinin şagirdlərinin xüsusi təyinatlı təhsil müəssisələrində tədris prosesinə cəlb olunmalarına üstünlük verilməsi barədə Laçın rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilib.
Qeyd olunub ki, müraciətə əsasən, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi və həyata keçirilən işlər barədə məlumat, rəy və təkliflərin Nazirlər Kabinetinə bildirilməsi barədə göstəriş verib.
Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü və modern ordusuna çevrilib. Ə.Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin ordumuzun inkişafı üçün yaratdığı şərait müqabilində gənclərin hərbi ixtisaslara yiyələnmələrinin vacibliyini vurğulayıb, işğal altında olan bütün torpaqlarımızın dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində düşməndən azad ediləcəyinə, ərazi bütövlüyümüzün bərpa olunacağına əminliyini bildirib.
Vurğulanıb ki, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi və müasir silahlarla təchiz edilməsi bir daha Azərbaycan ordusunun qarşıya qoyulan vəzifələri qısa müddətdə və yüksək keyfiyyətlə yerinə yetirməyə qadir olduğunu sübut edir.
Baş nazirin müavini gənclərin hərbçi kimi yetişməsi üçün onlara milli və hərbi-vətənpərvərlik ruhunun aşılanmasına məhz orta məktəb illərindən başlamağın vacibliyini diqqətə çatdırıb. Bildirib ki, bunun üçün gənclər hərbi ixtisaslara maraq göstərməli və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə Vətəninə bağlı və sədaqətli zabit kimi yetişməlidirlər.
Yığıncaqda Laçın rayonundan olan məcburi köçkün Əlibəy İbrahimov hərbi təhsil almaq arzusunda olduğunu bildirib, Azərbaycan ordusunun zabiti kimi şərəfli bir peşəni seçdiyi üçün fəxr etdiyini deyib.
Görüşdə “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri, ehtiyatda olan zabit Mehdi Mehdiyev və Müdafiə Nazirliyinin zabiti Əfqan Əliyev tədbirin əhəmiyyətindən danışıb, belə görüşlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

