Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xankəndidə keçiriləcək növbəti əmək yarmarkasında 120-dən çox vakansiya təqdim olunacaq

Xankəndidə keçiriləcək növbəti əmək yarmarkasında 120-dən çox vakansiya təqdim olunacaq

29.06.2026 [20:43]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndi şəhərində növbəti əmək yarmarkası keçirəcək.

Aktiv məşğulluq tədbiri iyulun 3-ü saat 10:00-da Xankəndi şəhəri, 28 May küçəsi, 7 ünvanında yerləşən Xankəndi Konqres Mərkəzində təşkil olunacaq.

Tədbirdə işaxtaran şəxslərə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə dövlət və özəl sektoru təmsil edən 20 müəssisə tərəfindən mühəndis-mexanik, çilingər-santexnik, SƏTƏM mütəxəssisi, avtoçilingər, elektrik qaz qaynaqçısı, xəzinədar-əməliyyatçı, sürücü, çörəkçi, aşpaz, dərzi, anbardar, mebel dizayneri, satıcı, əczaçı, qazanxana operatoru, tikişçi və digər peşələr üzrə 120-dən çox vakansiya təqdim ediləcək.

Yarmarkaya gələnlərə agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Paylaş:
Baxılıb: 41 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30