Poliklinikalarda ambulator tibbi kitabçalar elektronlaşdırılır
04.07.2025 [15:54]
2023-2024-cü illər ərzində 13 və 20 nömrəli uşaq poliklinikalarında həyata keçirilən “Ambulator tibbi kitabçaların elektronlaşdırılması” istiqamətində pilot layihənin uğurlu nəticələri nəzərə alınaraq Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan digər tibb müəssisələrində də ambulator kitabçaların elektronlaşdırılması prosesi davam etdirilir.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən verilən məlumata görə, artıq paytaxtın Yasamal rayonu ərazisində yerləşən 3, 16, 19, 39 nömrəli şəhər poliklinikaları, 2 nömrəli qadın məsləhətxanası, 1 və 5 nömrəli tələbə poliklinikaları, 5 və 10 nömrəli uşaq poliklinikaları, Nəsimi rayonu üzrə 5 və 20 nömrəli şəhər, 1, 3 və 12 nömrəli uşaq poliklinikaları, 3 nömrəli qadın məsləhətxanası, Suraxanı rayonu üzrə Hövsan Sağlamlıq Mərkəzi, Binəqədi rayonunda isə 25 nömrəli şəhər poliklinikasında vətəndaşlara məxsus ambulator tibbi kitabçalarda olan məlumatlar əsasında data-baza formalaşdırılır.
Ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə həyata keçirilən bu proses ilkin tibbi xidmətlərin göstərilməsində əlavə vaxt itkisinin qarşısının alınmasına, yalnız şəxsiyyət vəsiqəsinin məlumatları əsasında vətəndaşların sürətli şəkildə müvafiq həkimə yönləndirilməsinə imkan verir.
Əvvəlki dövrlərdə poliklinikaya müraciət edən vətəndaşın tibbi məlumatları kağız daşıyıcı olan ambulator tibbi kitabçada toplanırdı. Ambulator tibbi kitabçaların axtarılması, həmçinin vətəndaşın qeydiyyatda olmadığı poliklinikaya müraciət etdiyi halda onun üçün yeni ambulator tibbi kitabçanın açılması bir qayda olaraq tibbi xidmətlərin göstərilməsində əlavə vaxt itkisinə səbəb olurdu. Eyni zamanda, bu, həkimlərə xəstələrin əvvəlki tibbi məlumatlarının öyrənilməsində çətinliklər yaradırdı. Sözügedən proses tam yekunlaşdıqdan sonra vətəndaş istənilən poliklinikaya müraciət etdiyi halda yalnız şəxsiyyət vəsiqəsinin məlumatları əsasında onun ambulator tibbi kitabçasında olan məlumatları elektron qaydada əldə etmək və onu müvafiq həkimə yönləndirmək mümkün olacaq.
Ölkə üzrə vahid mərkəzləşdirilmiş sistemin yaradılması istiqamətində görülən bu tədbirlər icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən daha operativ və səmərəli istifadəni təmin edəcək.
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

