“Bakcell” “Spark @ LANDAU” proqramının innovasiya tərəfdaşıdır
06.05.2026 [15:03]
İnnovasiya lideri “Bakcell” gənclərin innovasiya və texnologiya sahəsində inkişafını dəstəkləmək məqsədilə LANDAU məktəbinin “Spark @ LANDAU” proqramına innovasiya tərəfdaşı kimi qoşulub.
“Spark @ LANDAU” məktəbin 8–11-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş startap və innovasiya proqramıdır. Proqram şagirdlərin ideyalarını real biznes mühitində formalaşdıraraq təşəbbüskarlıq bacarıqlarını praktik şəkildə inkişaf etdirir.
Proqramın əsas istiqamətlərindən biri olan “Təhsildə süni intellekt” təşəbbüsü çərçivəsində iştirakçılar təhsil sahəsinə yönəlmiş süni intellekt əsaslı layihələr hazırlayıblar. Final tədbirində ümumilikdə 19 komanda öz startap layihələrini təqdim edib. Təqdimatların nəticələrinə əsasən, münsiflər heyəti tərəfindən ən uğurlu 3 komanda qalib seçilib.
Tədbirdə çıxış edən “Bakcell”in ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova “Spark @ LANDAU” proqramının gənclərin innovasiya ekosisteminə erkən inteqrasiyasında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, proqram şagirdlərə ideyalarını məhsula çevirmək və təqdim etmək bacarıqları qazandırır. Süleymanova, həmçinin “Bakcell”in süni intellekt və innovasiya təşəbbüsləri ilə bu istiqamətdə dəstəyi davam etdirdiyini vurğulayıb.
“Bakcell” süni intellekt və rəqəmsal həllər sahəsində həyata keçirdiyi təşəbbüslərlə ölkədə innovasiya ekosisteminin formalaşmasında fəal rol oynayır. Şirkət gənclərin texnologiya və startap mühitinə erkən inteqrasiyasını dəstəkləməklə, real təsir yaradan ideyaların inkişafına və gələcək nəsil innovatorların yetişməsinə töhfə verir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

