Görkəmli dilçi alim Tofiq Hacıyevin 90 illik yubileyi qeyd olunub
06.05.2026 [18:04]
Mayın 4-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli dilçi alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Tofiq Hacıyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə Tofiq Hacıyevin zəngin elmi irsini əks etdirən kitablarından ibarət sərgi nümayiş olunub. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və tədbir iştirakçıları sərgiyə baxıblar.
Sonra Tofiq Hacıyevin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademik Tofiq Hacıyevin Türk dünyası miqyasında tanınan görkəmli alim, eyni zamanda milli təfəkkürə sahib parlaq bir şəxsiyyət olduğunu deyib. AMEA rəhbəri akademik Tofiq Hacıyevin sovet dönəmində yetişən alimlərdən olsa da, hər zaman azərbaycançılıq məfkurəsini bütün dəyərlərdən üstün tutduğunu, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq bir ziyalı kimi milli birliyin qoruyucularından olduğunu qeyd edib.
Azərbaycan dilçilik elminin parlaq simalarının adlarını sadalayan akademik İsa Həbibbəyli Tofiq Hacıyevin məhz həmin cərgənin ön sıralarında dayanaraq Akademiyanın dilçilik məktəbinin şərəfli ənənələrini yaşatdığını vurğulayıb.
Qeyd edib ki, alimin fundamental xarakter daşıyan ikicildlik “Azərbaycan ədəbi dili tarixi” əsəri özünə qədərki dövrdə bu istiqamətdə yazılmış bütün tədqiqatların zirvəsində dayanmaqla yanaşı, dilimizin inkişaf mərhələlərini tam dolğunluğu ilə ümumiləşdirir: “Tofiq Hacıyev milli-mənəvi varlığımız olan dilimizin tarixini ədəbiyyat tariximizdən ayırmamış, bu vəhdəti öz yaradıcılığının ana xəttinə çevirmişdir. Məhz bu səbəbdən onun əsərləri təkcə dilçilik baxımından deyil, həm də ədəbiyyat tariximizin möhtəşəm salnaməsi kimi qəbul olunur”.
Akademik İsa Həbibbəyli görkəmli alimin yaradıcılığında yer alan Məhəmməd Füzuli və Mirzə Ələkbər Sabir irsinə dair əsərləri onun elmimizə misilsiz töhfəsi kimi qiymətləndirib.
“Akademik Tofiq Hacıyev Azərbaycan elminin Türk dünyasına bəxş etdiyi çox dəyərli alimdir. Mən bu gün də böyük heyranlıq və rəğbət hissi ilə Tofiq Hacıyevin əsərlərini oxuyuram. Hesab edirəm ki, Tofiq Hacıyev elmimiz üçün fundamentallığı ilə seçilən son dərəcə dəyərli incilər ərsəyə gətirib. Bu əsərlər müəllifinə əbədiyyət qazandırmaqla bərabər, onun adını və milli ideallarını daima uca tutacaq”, - deyə AMEA rəhbəri çıxışını yekunlaşdırıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstituunun direktoru professor Nadir Məmmədli akademik Tofiq Hacıyevin səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirilib ki, alim zəngin elmi fəaliyyəti ilə Azərbaycan dilçilik elminin inkişafında müstəsna rol oynayıb və bütün ömrünü bu sahəyə həsr edib.
Tədbirdə akademik Nizami Cəfərov “Akademik Tofiq Hacıyev: azərbaycanşünaslıqdan türkşünaslığa”, professor Qəzənfər Paşayev “Çağdaş türkologiyamızın patriarxı”, professor Elbrus Əzizov “Görkəmli alim, böyük müəllim”, professor İsmayıl Kazımov “Akademik Tofiq Hacıyev Azərbaycan dilinin keçid şivələri haqqında”, filologiya elmləri doktoru Qızılgül Abdullayeva “Akademik Tofiq Hacıyevin yaradıcılığında Azərbaycan ədəbi dilinin tarixi”, filologiya elmləri doktoru Qətibə Quliyeva “Söz, yaddaş, tarix vəhdətində: akademik Tofiq Hacıyev və Kitabi Dədə-Qorqud”, filologiya üzrə fəlsəfə doktoru Sevda Sadıqova “Türkün qədim izləri ədəbi abidələrdə” mövzularında məruzələrlə çıxış ediblər.
Bakı Dövlət Universitetinin kafedra müdiri professor Qulu Məhərrəmli çıxışında Tofiq Hacıyevin dönəmində Dilçilik İnstitutu ilə mətbuat arasında sıx əlaqə yarandığını, yeni şöbələrin açıldığını qeyd edib. Çıxışlarda akademik Tofiq Hacıyevin türkoloq, türkoloq-azərbaycanşünas olaraq fəaliyyətindən, yalnız Azərbaycanda deyil, ümumən, Türk dünyası miqyasındakı xidmətlərindən, apardığı araşdırmalardan danışılıb. Bildirilib ki, Azərbaycanda ədəbi fikrin, ədəbi dilin tarixinin bu günə gəlib çıxması və Azərbaycan dilinin türk dilləri müstəvisindəki mövqeyinin elmi-nəzəri baxımından qiymətləndirilməsi Tofiq Hacıyev yaradıcılığının ağırlıq mərkəzində dayanırdı.
Məruzələrdə bildirilib ki, məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə üzvi surətdə əlaqələndirən Tofiq Hacıyev uzun illər ərzində Bakı Dövlət Universitetinin professoru kimi yüksəkixtisaslı kadrların hazırlanması üçün böyük əmək sərf edib. Alimin rəhbərliyi ilə 30-dək fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb. O, iştirakçısı olduğu mötəbər beynəlxalq simpozium, konfrans və forumlarda çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib.
Akademik Tofiq Hacıyevin çoxillik axtarışlarının nəticələri respublikada və onun hüdudlarından kənarda 500-ə yaxın elmi əsərdə, 20-dən çox kitabda, eləcə də monoqrafiya və dərsliklərdə əksini tapıb.
Sonda ailə üzvləri adından çıxış edən mərhumun oğlu Azər Hacıyev akademik Tofiq Hacıyevin 90 illik yubileyinə həsr olunmuş tədbirin təşkilinə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09

