Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilmiş məktəblilər arasında şahmat üzrə rayon turniri keçirilib

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilmiş məktəblilər arasında şahmat üzrə rayon turniri keçirilib

06.05.2026 [16:50]

YAP Tərtər rayon təşkilatı, Tərtər Rayon İcra Hakimiyyəti və Tərtər Rayon Təhsil Sektorunun təşkilatçılığı ilə Uşaq Gənclər İdman Şahmat məktəbində Ümummilli Lider Heydər Əliyev in 103-cü ildönümünə həsr edilmiş məktəblilər arasında şahmat üzrə rayon turniri keçirilib.

Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Turnirdə rayonun ümumtəhsil məktəblərinin və Uşaq Gənclər İdman Şahmat məktəbinin 4 yaş qrupu üzrə şahmatçıları, ümumilikdə 60 nəfər şagird iştirak edib.

Tədbiri giriş sözü rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev açaraq, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, respublikamızda idmana göstərdiyi diqqət və qayğıdan danışıb.

YAP Tərtər rayon təşkilatının nümayəndəsi Gündüz Alıkişiyev çıxış edərək, şahmatçılara uğur diləyib.

Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Fərəc Rzayev şahmatçıları turnirin şərtləri ilə tanış edib.

Sonra turnirə start verilib.

Qaliblər müvafiq dərəcəli diplomlarla təltif ediləcəklər.

Paylaş:
Baxılıb: 168 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31