Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib

03.05.2025 [08:40]

Oğuz rayon sakini, 29 yaşlı Kənan Əzizov idarə etdiyi “Toyota Prius” minik avtomobili ilə Bayan kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi törədib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Avtomobildəki sərnişin, 25 yaşlı Ürfan Məcidov isə hadisə yerində ölüb.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, müalicəsi davam etdirilir.

Qəzanın səbəbləri araşdırılır.

Paylaş:
Baxılıb: 757 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31