DİQQƏT: “İnstagram” hesablarını oğurlayıb məlumatları ələ keçirirlər
23.01.2025 [16:54]
Sosial şəbəkələrdə yeni dələduzluq növü yayılıb. Xüsusilə, instagram platformasında kiberdələduzlar istifadəçilərin hesablarını ələ keçirərək, onların yaxınlarına yazır və şəxsi məlumatlarını tələb edir. Kibercinayətkar əvvəlcə oğurladığı İnstagram hesabının hekayə bölməsində investisiya edib külli miqdarda pul qazanması ilə bağlı şirinikləndirici paylaşım edir və insanları bu vasitə ilə, yəni pul qazanmaq adı ilə öz yaxını kimi qələmə verib aldatmağa çalışır.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Yeniazerbaycan.com-a açıqlamasında deyib ki, təəssüf doğuran məqamlardan biri odur ki, vətəndaşlarımız özləri məlumatlarını qarşı tərəfə ötürür: “Əgər sizdən müxtəlif sosial şəbəkə hesablarınızın kodunu, parolunu istəyirlərsə, həmçinin bank kartında olan məlumatlarınız tələb olunursa, bu zaman həyəcan təbili çalmaqda fayda var. Bu halda vətəndaş şübhələnməlidir ki, bank kartına və sosial şəbəkə hesabına daxil olmaq istəyən var, bu zaman qarşı tərəfə inanmayın. İlk növbədə tövsiyə olunan odur ki, sosial şəbəkələr üzərindən tanıdığımız şəxslər belə şübhəli müraciətlər etdikdə, həmin şəxslə birbaşa əlaqə yaratmağımızda fayda var”.
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyev isə qeyd edib ki, hesabların ələ keçirildikdən sonra istifdəsi zamanı ən çox rast gəlinən növbəti ssenari şantaj elementləri ola bilər: “Həmin vaxt dələduzlar çalışırlar ki, bu məqamdan istifadə etsinlər və onun qarşılığında real hesab istifadəçisindən müəyyən miqdarda vəsait əldə edə bilsinlər. İstifadəçi öz hesabını qorumaq üçün təhlükəsizlik parametrlərinə düzəlişlər etməlidir. İkimərhələli doğrulama sazlandıqdan sonra şübhəli girişlərdə artıq hər dəfə əlavə kodlar tələb olunacaq və bu da hesabların kənar şəxslərin əlinə keçməsinin qarşısını alacaq”.
Əziz vətəndaşlar, bu kimi hallarla rastlaşan zaman, dərhal Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə, həmçinin sosial şəbəkələrdə polis Azərbaycan rəsmi səhifələrinə məlumat verə bilərsiniz.
Leyla Səməndər
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

