Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Prokurorluq əməkdaşları 1000-dən çox ağac əkiblər

Prokurorluq əməkdaşları 1000-dən çox ağac əkiblər

21.09.2024 [18:22]

Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü və Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar sentyabrın 21-də Baş Prokurorluq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Hərbi Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları, həmçinin prokurorluğun veteranları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, o cümlədən nazir Muxtar Babayevin iştirakı ilə növbəti ağacəkmə kampaniyası keçirilib.

Bu barədə Yeniazerbaycan.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir çərçivəsində ümumilikdə 2 hektar ərazidə 1000-dən çox ağac əkilib.

Kampaniyadan sonra Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşərək onlarla söhbət edib.

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31