Şəfalı əllər...
11.05.2024 [11:00]
Beynəlxalq Tibb Bacısı Günüdür
Yeganə BAYRAMOVA
Səhhətimizdə kiçik bir narahatlıq hiss etdikdə belə sağlamlığın həyatımızda böyük önəm daşıdığının fərqinə varırıq. Bu zaman sahib olduğu peşəni ləyaqətlə yerinə yetirən tibb işçilərinin nə qədər ülvi, müqəddəs və şərəfli işi öz öhdələrinə götürmələrini təxmin etmək o qədər də çətin deyil. Şəfalı əllərinə ehtiyac duyduğumuz bu ali sənət sahiblərinə nə qədər təşəkkür etsək, yenə də azdır. Çünki hər birimizin yarasına məlhəm, ağrısına dözüm, dərdinə şəfa verən onlardır.
Xəstə ilə ünsiyyət, iynə vurmaq, təzyiqi yoxlamaq və digər işlər tibb bacılarının öhdəsinə düşür. Onu da xatırlatmağa dəyər ki, koronavirus infeksiyasına qarşı aparılan mübarizədə bütün dünyada tibbi bacıları təcrübə və peşəkarlıqları, özlərinin ən üstün şəxsi keyfiyyətləri və qətiyyətləri ilə yaxından iştirak ediblər.
Xatırladaq ki, ilk azərbaycanlı şəfqət bacısı General Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya olub. O, Birinci Dünya müharibəsi başlayanda yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilib.
...Arəstə Baxışova adı hamınıza tanış gəlir. Bəli, arxa cəbhənin ölməz qəhrəmanı olan Arəstə də bu peşəni sevərək icra edənlərdən idi. Təəssüf ki, İkinci Qarabağ müharibəsində şəhid oldu. Ancaq adını Azərbaycanın həm qanlı, həm şanlı səhivələrinə yazaraq köçdü bu dünyadan. O, bir çox yaralı əsgər və zabitlərimizi döyüş meydanından çıxarıb və onlara tibbi xidmət göstərərək ölümün pəncəsindən xilas edib. Oktyabrın 23-də Qubadlı uğrunda gedən gərgin döyüşlər zamanı yaralı əsgərlərimizi döyüş meydanından çıxaran zaman güllə yarası alıb. Ömrünün otuz birinci baharında Vətən uğrunda qəhrəmancasına şəhid olub. Ölümündən sonra tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edilib.
Yeri gəlmişkən, sabah Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur. Başqa sözlə desək, bu gün nəcib əməllərinə görə humanist peşə sahiblərinə təşəkkür etməyə dəyər.
İlkin tibbi təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir. Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onun üzərinə böyük vəzifə düşür.
Qeyd edək ki, Beynəlxalq Tibb Bacısı Günü Krım müharibəsi zamanı (1853-1856) ilk dəfə şəfqət bacısı xidməti təşkil edən məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təşkil edilib. O, 1820-ci ildə İtaliyanın Florensiya şəhərində zəngin ingilis ailəsində dünyaya gəlib. Valideynləri onu doğulduğu şəhərin adına uyğun olaraq Florens adlandırıblar. İyirmi yaşında ikən cəmiyyət üçün yararlı bir şəxs olmaq arzusunu ifadə edən gənc qız gündəliyində belə bir qeyd yazıb: “Tanrı mənimlə danışdı və məni xidmətinə çağırdı. İnsanlara xidmət etməyin ən doğru yolunun tibb bacısı olmaqdan keçdiyinə qərar verdim”.
Xəbər lenti
Hamısına baxSosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35

