Paşinyanın çağırışları nəyə hesablanıb?
13.01.2023 [11:05]
Nicat Dilqəmli
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda yaşayan ermənilərə müraciət edərək onları Xankəndi-Laçın yolundakı aksiya ilə bağlı hansısa bəyanatlarla çıxış etməməyə çağırıb. Erməni KİV-lərinin məlumatına görə, Ermənistanın Baş naziri hökumətin iclasında bildirib ki, Qarabağ ermənilərinin heç bir əsası olmayan bəyanatlarının hansısa bir faydası yoxdur. N.Paşinyan bu cür hərəkətlərin hərbi eskalasiya riskini artırdığını qeyd edərək Qarabağda yaşayan erməniləri düşünülməmiş addımların atılmasından çəkinməyə səsləyib.
Ermənistan Baş nazirinin müraciətinin arxasında nələr dayanır? Bənzər çağırışlar nəyə hesablanıb?
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan siyasi şərhçi Tural İsmayılovun sözlərinə görə, bu, Paşinyanın özünün yeni bir saxta obrazını formalaşdırmasına hesablanmış bir addımdır: “Paşinyan açıq-aydın Rusiya tərəfindən Qarabağa göndərilmiş Ruben Vardanyanı özü üçün təhdid hesab edir. Çünki yaxşı başa düşür ki, Paşinyana yaxınlığı ilə bilinən separatçı terrorçuların rəhbəri Araik Arutyunyan Rusiyanı “qane etməyən” kadrdır. Buna görə Vardanyan kimi sırf Rusiyanın əlaltısı və maşası olan bir adamı Rusiya bu gün Xankəndinə göndərməklə həm də gələcəkdə Ermənistanda Paşinyana qarşı yeni müxalifətin siması kimi Koçaryan planını Vardanyanla əvəz etməyə çalışır.
Hesab edirəm ki, Rusiyanın bu gedişləri Paşinyana yaxşı bəllidir. Hər kəsə aydındır ki, bu gün Ermənistan hakimiyyəti və Araik Arutyunyan cütlüyü ilə Koçaryan və Vardanyan cütlüyü arasında dərin ixtilaflar mövcuddur. Əslində, Paşinyanın Qarabağdakı separatçılara xəbərdarlığı özlüyündə bir neçə məqsədi ehtiva edir. Əsas məqsəd bundan ibarətdir ki, Paşinyan Qərbə saxta bir obraz formalaşdırmağa çalışır ki, guya Qarabağdakı separatçılığın onunla heç bir əlaqəsi yoxdur və guya Ermənistan hakimiyyəti sülhə hazırdır və separatçıların vəziyyəti gərginləşdirən “bəyanat”larına Ermənistanın mövqeyi birmənalı sərtdir”.
T.İsmayılov onu da bildirib ki, Paşinyan bu cür addımlarla, həm də Ruben Vardanyanı qəbul etmədiyini nümayiş etdirməyə çalışır: “Lakin hər kəsə bəllidir ki, Ermənistan artıq üç ilə yaxındır ki, Azərbaycanın sülh çağırışlarını sabotaj etməklə məşğuldur. Digər tərəfdən, Paşinyan həm də Vardanyanla aralarında olan ixtilafı və barışmaz mövqeyini də bir növ ifşa etmiş olur. Əslində, bu fikirləri səsləndirməklə Qarabağdakı separatçılar və onların rəhbəri Ruben Vardanyanı qəbul etmədiyini nümayiş etdirməyə çalışır”.
“Bu baxımdan hesab edirəm ki, bu, Paşinyanın hansısa bir mənada aydın mövqeyi deyil, sadəcə növbəti siyasi ikiüzlülüyüdür”, - politoloq fikirlərinə yekun vurub.
Xatırladaq ki, Ermənistandakı separatçı qüvvələr və onların havadarları Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda eko fəallar tərəfindən keçirilən etiraz aksiyasına müxtəlif adlar qoymaqla, Azərbaycan tərəfinin guya orada yaşayan erməniləri blokadaya alması ilə bağlı heç bir əsası olmayan fikirlər səsləndirirlər.
Xəbər lenti
Hamısına baxDünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41

