Azərbaycan Aİ ilə əməkdaşlıqda maraqlıdır
29.11.2022 [10:08]
Ölkəmiz Avropa siyasi birliyi platformasının təşkilindən razıdır
Azərbaycanın xarici siyasət kursu çoxvektorluğu ilə seçilir və qarşılıqlı əməkdaşlığa, milli maraqlara əsaslanır. Ölkəmiz bütün beynəlxalq təşkilatlarla əlaqələrin inkişafında maraqlıdır. Təbii ki, burada da istisnalar var. Belə ki, son illərdə bir sıra təşkilatların fəaliyyətində nəzərə çarpan təzadlı qərarlar, ziddiyyət qlobal əməkdaşlıq məsələsində də ortaya bəzi suallar çıxarır.
Məsələn, Azərbaycan hər zaman Avropa İttifaqı ilə yaxın əməkdaşlıqda maraqlı olduğunu bildirib. Ölkəmiz İttifaq üzvü olan dövlətlərlə yaxın iqtisadi-siyasi əlaqələrə malikdir. Bununla belə, ölkəmiz qurumun irəli sürdüyü “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı müsbət perspektivə inanmır. Yeri gəlmişkən, Bakıda keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev bildirib ki, biz Avropa İttifaqını çox mühüm tərəfdaşımız hesab edirik. Biz yeni razılaşma üzrə məsləhətləşmələrin son mərhələsindəyik. Razılaşma, demək olar ki, 90 faiz hazırdır, orada bir neçə həll olunmamış məsələ qalıb. Lakin, düşünürəm ki, qarşılıqlı xoş niyyəti nümayiş etdirərək biz buna nail ola və Avropa İttifaqı ilə çox mühüm sənədi imzalaya bilərik: “Bilirsiniz ki, Azərbaycan assosiasiya formatına qoşulmayıb. Şərq Tərəfdaşlığının bəzi digər ölkələrindən fərqli olaraq biz assosiasiya razılaşmasını imzalamadıq. Biz daha çox qarşılıqlı münasibətləri üstün tutduq. Şərq Tərəfdaşlığına gəldikdə isə bu təşəbbüsün əvvəlindən bəri biz onu dəstəkləmişik. Lakin, bizim mövqeyimiz çox aydındır, biz onu Avropa İttifaqı ilə əməkdaşlığın elementlərindən biri kimi görürük. Biz bu tərəfdaşlığa digər üzv ölkələrlə əməkdaşlıq platforması kimi baxmırıq”.
Hər bir təşəbbüs öz vaxtında yaxşıdır
Qeyd edək ki, Şərq Tərəfdaşlığı Polşa və İsveçin Avropa Birliyinin qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş təşəbbüsüdür. “Şərq tərəfdaşlığı” Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna. Təbii ki, bu dövlətlərin xarici siyasət prioritetləri də eyni deyil. Hətta bu proqram təsis edilən zaman oraya daxil olan iki ölkə - Azərbaycan və Ermənistan münaqişə vəziyyətində idi. Prezident İlham Əliyev Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı elə də nikbin olmadığını vurğulayıb: “Bu yaxınlarda mən buraya və Ermənistana səfər edən Avropa nümayəndələrinin böyük bir qrupunu qəbul etdim və gələcək ideyalarımızı müzakirə etdik. Ona görə də düşünürəm ki, hər bir təşəbbüs öz vaxtında yaxşıdır. Şərq Tərəfdaşlığı 2009-cu ildə başlayıb, səhv etmirəmsə, 15 ilə yaxındır. Əgər Şərq Tərəfdaşlığının üzvü olan altı dövlətə indi nəzər salsanız, siz həmin ölkələr arasında əvvəlkindən də daha böyük fərqlər görəcəksiniz. Bu belə davam etməli deyil”.
Yeni mərhələdə, yeni platformada...
Qeyd edək ki, Prezident İlham Əliyev Serbiyaya səfəri zamanı da öz çıxışında dünya ictimaiyyətinin beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini verməli olduğunu bildirmişdi. Bu mənada, Aİ çərçivəsində əməkdaşlığın yeni formatı Avropa Siyasi Birliyi platformasıdır. Bu platforma Avropanın fundamental təhlükəsizlik məsələlərini müzakirə etmək və konsensus formalaşdırmaq məqsədlərini özündə birləşdirir. Beləliklə, Azərbaycan Aİ ilə yeni mərhələdə yeni platforma üzərindən əməkdaşlıq edə bilər. Prezident İlham Əliyev konfransda qeyd edib ki, Avropa siyasi birliyi platformasından razı qalıb: ““Avropa siyasi birliyi” platforması yenidir. Biz dəvət olunmuşuq və mən orada fəal iştirak etmişəm. Mən onun təşkil olunmasından razı qaldım. Düşünürəm ki, o çox peşəkarlıqla təşkil olunub. Orada çox səmimi müzakirələr aparmaq və mühüm məsələləri həll etmək imkanı oldu”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19

