Azərbaycan - İsrail hərbi əməkdaşlığı inkişaf etdirilir
08.09.2022 [09:55]
İki ölkə arasında müdafiə sənayesinin inkişafı üzrə mühüm addımlar atılır
PƏRVİZ
Azərbaycanın yürütdüyü xarici siyasət kursu qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanır. Ümumiyyətlə, Azərbaycan Respublikası beynəlxalq miqyasda hər zaman qarşılıqlı maraqlar çərçivəsində əməkdaşlığa üstünlük verməkdədir. Bunun nəticəsidir ki, dünya ölkələri Azərbaycanı birmənalı şəkildə layiqli tərəfdaş qismində qəbul edir, dövlətlərarası münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edirlər. Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələr mövcuddur.
1991-ci ildə ölkəmizin müstəqilliyini tanıyan İsrail Dövləti ilə Azərbaycan arasında münasibətlərin inkişafına İsrail və Azərbaycan dövlət başçılarının görüşləri təkan verib. Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə İsveçrədə keçirilən Dünya İqtisadiyyat Forumunda İsrailin xarici işlər naziri Şimon Pereslə, həmin ilin oktyabrında BMT Baş Məclisinin iclasında İsrailin Baş naziri İshaq Rabinlə və digər İsrail rəsmiləri ilə keçirdiyi görüşlər iki ölkə arasındakı münasibətlərin formalaşmasında və inkişafında əsaslı rol oynayıb. 1997-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana qısamüddətli səfəri isə bu əlaqələrin daha da genişlənməsinə şərait yaradıb.
Prezident İlham Əliyev də yürütdüyü xarici siyasət kursunda İsrail ilə əlaqələrin inkişafına hər zaman xüsusi olaraq önəm verib. Ölkə Prezidentinin İsrailin dövlət rəsmiləri ilə, əsasən də Şimon Pereslə bir sıra görüşləri baş tutub. 2009-cu ildə Azərbaycan-İsrail münasibətləri tarixində ilk dəfə olaraq İsrail prezidenti 3 nazir və 50 nəfər iş adamı ilə birgə Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan və İsrail prezidentlərinin iştirakı ilə iki müqavilə imzalanıb. Bu sənədlərdən biri kommunikasiya sahəsində əməkdaşlığı, digəri isə təhsil, elm və texnologiya sahəsində əməkdaşlığı nəzərdə tutur.
2016-cı ilin dekabrında isə İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasında işgüzar səfərdə olub. Bu səfər çərçivəsində də bir sıra mühüm ikitərəfli sənədlər imzalanıb ki, bu da dövlətlərarası münasibətlərin gələcək inkişafında mühüm perspektivlər yaradıb. Səfər çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev bildirmişdi ki, iki ölkə müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edir və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir: “Bu əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmək üçün bir rəqəmi diqqətinizə çatdıracağam. İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır. Bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib. Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq”.
İki dövlət arasında çoxşaxəli əlaqələr mövcuddur. Məsələn, ticarət sahəsində Azərbaycan-İsrail əməkdaşlığı inkişaf edir və onun həcmi ildən-ilə artır. Əvvəllər bu əməkdaşlıq əsasən, neft-qaz sahəsinə yönəlmişdisə, sonradan bu əməkdaşlıq şaxələndirilərək, iqtisadiyyatın digər sektorlarını, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, hərbi-texniki tərəfdaşlığı da əhatə edir. İsrail dünya bazarında Azərbaycan neftinin əsas strateji alıcılarından biridir. İsrailin Müdafiə Sənayesi şirkətləri Azərbaycanda hərbi sənaye quruculuğunda fəal iştirak edib və bunu davam etdirirlər. 2018-ci ilin sentyabrında İsrail dövlətinin Müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri bu sahədəki əməkdaşlığın daha da gücləndirilməsinə təkan verib.
Yeri gəlmişkən, sentyabrın 6-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrailin “Rafael” şirkətinin rəhbəri Yoav Har-Even ilə görüşüb. Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılıb, eyni zamanda, Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyi xüsusi vurğulanıb.
Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq, silah və hərbi texnikanın alınması 11 il əvvələ təsadüf edir. 2005-ci ildən başlayaraq ölkələrimiz arasında bu sahədə fəal əməkdaşlıq aparılır. İlk illərdə Azərbaycan İsraildən reaktiv yaylım atəş sistemləri və pilotsuz uçuş aparatları alıb və bu silahlar 2008-ci ildə hərbi paradda nümayiş etdirilib. 2008-ci ildə Azərbaycanın Müdafiə Nazirliyi və İsrailin “Erbit” şirkəti ilə imzalanan kontrakt əsasında Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan T-72 tankları modernizasiya olunub. Bu tanklardan 2016-cı ilin aprel döyüşlərində istifadə olunub və özünü doğruldub. Tanklar döyüş zamanı yaxınlıqdakı tankın düşmənə məxsus olmasını müəyyən edən sistemlə təmin olunub. Eləcə də, 2020-ci il Vətən müharibəsi dövründə İsraildən alınan pilotsuz təyyarələr və digər silah-sursatlar Azərbaycanın qəti qələbə əldə etməsində mühüm rol oynayıb. Azərbaycan İsrailin müasir hərbi avadanlığından istifadə edərək müharibə zamanı düşmənə sarsıdıcı zərbə vurdu. İsrailin Azərbaycan ilə əlaqələrinin hərtərəfli və geniş müstəvidə olması Təl-Əviv hökuməti üçün olduqca faydalıdır. Bir sözlə, qarşılıqlı əlaqələrin güclənməsi hər iki dövlətin maraqlarına uyğun şəkildə tənzimlənir.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

