Separatçıların son duası...
05.04.2022 [10:38]
Yaxud Şuşadan sonra Xankəndiyə də əlvida!
Nurlan QƏLƏNDƏRLİ
Türkiyəli qardaşlarımızın tez-tez istifadə etdikləri ifadə var: “son duanı et”. Bu, adətən həyatla - dünya ilə vidalaşacaq insan(lar)a çağırış xarakterli deyimdir. Amma vidalaşmaq təkcə dünyadan köçəndə deyil, həm də bir ərazidən - yerdən uzaqlaş(dırıl)anda (o cümlədən qovulanda, çıxarılanda) da olur. “Əlvida”nı isə duadan sonra yekun söz kimi söyləmək olar. Eynilə, vaxtilə işğal altında olan Şuşada dua (son duasını) etdikdən sonra oradan qaçan (və bir daha ayağı həmin əraziyə dəyməyəcək) separatçı - hərbi cinayətkar Araik Arutunyan kimi...
İndi isə Azərbaycan əsgərinin Fərrux dağında üçrəngli bayrağımızı ucaltmasından ciddi narahatlıq keçirən, Xankəndiyə bir neçə addım qaldığını görən separatçı-keşişlər “kollektiv dua mərasimi” təşkil ediblər. Aprelin 2-də Xankəndidə ermənilərlə birgə kilsəyə toplaşaraq hansısa məqsədlə “ilahi qüvvəyə əl açıblar”. Görünən odur ki, Xankəndidə son dualarını edirlər. Özünü “erməni apostol kilsəsinin artsax yeparxiyasının katibi” kimi təqdim edən separatçı-keşiş David Paşayan “Allahdan xalqımıza bu çətin gündə köməklik etməsini dilədik”, - desə də, onun və özü kimilərin dinlə, səmimiyyətlə, mərhəmətl? heç bir əlaqəsi yoxdur. Elə olmasaydı, din pərdəsi arxasında separatçılıqla və terrorçuluqla məşğul olmazdılar. Məscidlərdə donuz saxlayanların kilsədə hansı sözü söyləmələri əhəmiyyətli deyil. İstər dua, istər qarğış etsinlər. İstər kilsədən siyasi-ideoloji vasitə kimi istifadə, istərsə də “dua” adı altında təxribatçı çağırışlar etsinlər, separatçı təlim-tərbiyə işi aparsınlar, onlara heç bir faydası yoxdur. Çünki bölücü və terrorçuların heç bir perspektivi yoxdur. Bilirlər ki, layiqli “qiymət”lərini (cəzalarını) alacaqlar, getməlidirlər və gedəcəklər. Odur ki, son dualarını etsinlər!
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

