Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ-nin iqtisadi blokadası Kubaya son bir ildə 8 milyard dollardan çox ziyan vurub

ABŞ-nin iqtisadi blokadası Kubaya son bir ildə 8 milyard dollardan çox ziyan vurub

08.09.2026 [15:17]

ABŞ-nin iqtisadi blokadası Kubaya son bir ildə 8 milyard dollardan çox ziyan vurub.

AZƏRTAC xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodriges bildirib.

Onun sözlərinə görə, bu, rekord göstəricidir və 2024-2025-ci illər üzrə əvvəlki hesabatda göstərilən rəqəmdən 7 faiz çoxdur.

Nazir ABŞ-nin tətbiq etdiyi blokadanı Kuba xalqına qarşı “kollektiv cəza” kimi qiymətləndirib və sanksiyaların ərzaq, elektrik enerjisi, su, səhiyyə, təhsil və nəqliyyat sahələrinə ciddi təsir göstərdiyini deyib.

Kubanın Xarici İşlər Nazirliyinin məlumatına görə, 1960-cı ildən tətbiq olunan iqtisadi blokadanın ölkəyə ümumi zərəri cari qiymətlərlə 178,7 milyard dollara çatıb.

Rodriges ABŞ sanksiyalarının Kuba iqtisadiyyatına təsiri barədə hesabatı jurnalistlərə təqdim edib. Sənədin daha sonra BMT-nin Baş katibi Antonio Quterreşə təqdim ediləcəyi bildirilib.

Paylaş:
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30