Azad Füzulidən abad Füzuliyə...
20.10.2021 [11:08]
Azərbaycan Şərqi Zəngəzur və Qarabağı cənnətə çevirəcək
44 günlük İkinci Qarabağ – Vətən müharibəsindən 1 il ötsə də, tarixi qələbə ovqatında Zəfər yürüşü davam edir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri bu yürüşün davamı – qələbə təntənəsidir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilməsinin birinci ildönümündə Füzuli rayonuna səfər etmələri yerli və beynəlxalq mətbuatın gündəmində olmaqla yanaşı, sosial medianın da trend mövzusudur. Sosial şəbəkə istifadəçiləri səfərdən müxtəlif fotolar paylaşaraq qürur və sevinclərini ifadə edirlər.
Əlbəttə, Füzulinin işğaldan azad olunması müstəsna tarixi hadisədir. Sirr deyil ki, Azərbaycan XXI əsrin müharibəsini apararaq, müasir hərbi texnologiyalardan istifadə edərək torpaqlarını ardıcıl olaraq işğaldan azad edib. Bu kontekstdə ayrı-ayrı epizodlar və nüanslar isə tarixi qələbənin strateji portretinin mühüm cizgilərini təşkil edir. Ötən il oktyabrın 17-də Füzulinin 30 ilə yaxın davam edən hərbi-siyasi əsarətdən qurtulması müharibənin gedişində Azərbaycana əhəmiyyətli üstünlüklər qazandıran önəmli faktor olub. Ermənilər Füzuli istiqamətində bir neçə istehkam xəttindən ibarət güclü müdafiə sistemi qursalar da, Azərbaycan Ordusunun təzyiqinə davam gətirə bilmədilər. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin peşəkar hərbi əməliyyatla hədəfə irəlilədiyini, sözün əsl mənasında, XXI yüzilliyin müharibəsini apardığını təsdiqləyir.
Füzuli coğrafi mövqeyinə görə hərbi-strateji əhəmiyyətə malikdir. Hadrut, Tuğ kimi strateji önəm kəsb edən digər ərazilərin azad edilməsindən sonra Füzulidə möhkəmlənmək Azərbaycan Ordusu üçün Qubadlı və Zəngilanın azad olunması hədəfinin reallaşdırılmasına imkan verib. Bu, eyni zamanda, işğalçı Ermənistanın təcavüzkar hərbi birləşmələrinin müqavimətinin qırılması və Azərbaycan Ordusunun sürətli irəliləyişi demək idi. Füzulinin azad olunması həm Azərbaycan Ordusunun, cəmiyyətimizin özünə inamını daha da artırdı. Bu hadisə Ermənistan hərbi-siyasi rəhbərliyinin isterika vəziyyətinə düşməsinə səbəb olmuş, işğalçı ölkənin təcavüzkar silahlı qüvvələrinin “yenilməzlik” mifini darmadağın etdi.
Bu gün Azərbaycan tarixi qələbənin nəticələrini diplomatiya və sosial-iqtisadi müstəvidə möhkəmləndirir. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Füzulidə abadlıq-quruculuq işlərinin aparılması bu kontekstdə mühüm əhəmiyyətə malikdir.
Doğrudur, Azərbaycan Füzuli rayonunda bərpa və yenidənqurma işlərinin aparılmasında müəyyən çətinliklərlə üzləşir. Bunların sırasında Füzulinin ən çox minalanmış ərazi olması, infrastrukturun tamamilə dağıdılması və s. yer alır. Artıq şəhərin baş planı və kəndlərin inkişaf konsepsiyası hazırdır. Bərpa prosesinə start verilməsi və ilk infrastruktur layihələrinin məhz Füzulidə başlanması Azərbaycanın Şərqi Zəngəzuru və Qarabağı cənnətə çevirməklə bağlı strateji hədəflərinə qətiyyətlə irəlilədiyini göstərir. Ötən dövr ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi, rayonun enerji ilə təmin edilməsi və bu kontekstdə “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlinin qoyulması, Füzuli-Şuşa magistral yolunun, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarının çəkilişi, Füzuli-Ağdam yolunun təməlinin qoyulması həm sosial, həm iqtisadi, həm logistik, həm də hərbi-strateji baxımdan olduqca önəmlidir. Bütün bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətini, dövlətimizin gücünü - qüdrətini əks etdirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

