ATƏT-in Bakı ofisi jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri üçün təlimlər keçirir
20.04.2010 [09:16]
Dünən “Ramada” mehmanxanasında ATƏT-in Bakı ofisinin təşkilatçılığı və Azərbaycan Prezidenti Administrasiyasının dəstəyi ilə jurnalistlər və dövlət təşkilatlarının mətbuat xidmətləri üçün “Demokratik cəmiyyətdə dövlət qurumları ilə media arasında səmərəli münasibətlərin qurulması” mövzusunda təlimlər başlayıb.
İki gün davam edəcək təlimlərdə ATƏT-in Bakı və Media Azadlığı üzrə Nümayəndəsinin ofislərinin ekspertləri, Azərbaycan Prezidenti Administrasiyasının məsul işçiləri, dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları və yerli KİV-lərin təmsilçiləri iştirak edirlər.
Açılışda çıxış edən ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin rəhbəri Jaklin Karpenter bildirib ki, seminar qurum tərəfindən informasiya sistemlərinin istifadəsi ilə bağlı təşkil edilmiş növbəti tədbirdir. Məqsəd informasiyanı yaymaq üçün məsul edilmiş KİV-lərlə bu informasiyanın toplandığı dövlət orqanları arasında əməkdaşlığın intensivləşməsi, hər iki tərəf və xüsusən də oxucular üçün maraqlı olan məlumatların cəmiyyətə obyektiv və operativ çatdırılmasının təmin olunmasına yardım etməkdir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev Azərbaycanda dövlət qurumları ilə media arasında münasibətlərin səmərəli qurulması istiqamətində görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, ölkəmizdə bu istiqamətdə mövcud qanunvericilik bazası formalaşdırılıb, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi və onların KİV-lərlə münasibətlərinin tənzimlənməsi üçün müvafiq addımlar atılır. Azərbaycanda 2005-ci ildə qəbul olunmuş “İnformasiya əldə etmək haqqında” Qanun və digər müvafiq sənədlər demokratik cəmiyyətin tələblərinə tam cavab verir. Bu qanunlar informasiyanın azad və maneəsiz əldə olunması üçün hüquqi əsas yaratmaqla, açıq cəmiyyəti və mütərəqqi idarəçilik prinsiplərini özündə ehtiva edir. Eyni zamanda, bu sənədlər informasiyanın əldə edilməsi, obyektiv, qərəzsiz və ictimai məsuliyyətə dair jurnalistika standartlarına uyğun cəmiyyətə çatdırılması üçün tam şərait yaradılıb.
V.Əliyev qeyd edib ki, həmin qurumlar arasında münasibətlərin qurulmasında mühüm irəliləyişlər əldə edilib. Belə ki, dövlət strukturlarının ictimaiyyətlə əlaqələr şöbələri yaradılıb, media ilə operativ əməkdaşlıq əlaqələri qurulub, dövlət strukturlarının müvafiq internet resursları fəaliyyət göstərir.
ATƏT-in təlimlərinin əhəmiyyətini yüksək qiymətləndirən sektor müdiri onun həm qanunvericiliyin tətbiqi, həm beynəlxalq təcrübənin öyrənilməsi, həm də dövlət strukturlarının müvafiq qurumlarının nümayəndələri ilə KİV-lərin təmsilçiləri arasında qarşılıqlı münasibətlərin formalaşması baxımından önəmini vurğulayıb, seminarın işinə uğurlar arzulayıb.
ATƏT-in media azadlığı üzrə ofisinin baş məsləhətçisi Aleksandr Boldırev Azərbaycanda demokratik cəmiyyətin formalaşmasında mətbuatın rolunu yüksək qiymətləndirib, təşkil olunmuş seminarın KİV-lərlə dövlət orqanlarının əlaqədar qurumları arasında əməkdaşlığın inkişafına mühüm təsir göstərəcəyinə əminliyini bildirib.
Seminarda “Məlumat azadlığı və diffamasiya məsələlərinin milli və beynəlxalq qanunvericilik aspektləri. Azərbaycan kontekstindən götürülmüş nümunələrin əməli təhlili” və “Dövlət qurumları ilə media münasibətlərinin milli və beynəlxalq qanunvericilik aspektlərinin nəzərdən keçirilməsi. Azərbaycan təcrübəsindən götürülmüş nümunələrin təhlili” mövzularında təqdimatlar keçirilib, müzakirələr aparılıb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson “Hökumət-media münasibətlərinin uğurlu təşkili” mövzusunda məruzə edərək təmsil etdiyi ölkənin təcrübəsi əsasında KİV-lərlə əlaqələrin qurulması barədə məlumat verib.
Seminar işini bu gün davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

