/ / Bakıda “Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolu” adlı seminar keçirilib
Bakıda “Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolu” adlı seminar keçirilib
25.10.2019 [10:00]
Oktyabrın 24-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialının təşkilatçılığı ilə “Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolu” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri MDB PAA DİMBİ-nin Bakı filialının direktoru Elman İmaməliyev açaraq son illər bələdiyyələrin cəmiyyətdəki rolunun və əhəmiyyətinin nəzərəçarpacaq dərəcədə artdığını və onların müasir dünyamızda mütərəqqi proseslərin aparıcı bir qüvvəsinə çevrildiyini söyləyib. O deyib ki, bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da bələdiyyələr cəmiyyətin aparıcı qüvvəsi olaraq hüquqi dövlət quruculuğu, sosial problemlərin həlli, vətəndaş cəmiyyətinin inkişafı və digər istiqamətlərdə fəaliyyət göstərirlər. Bu baxımdan, cəmiyyətin ictimai-sosial həyatında bələdiyyələrin rolu artdıqca onların fəaliyyətinə diqqət də artır, gördüyü işlər, qarşılaşdığı problemlər geniş müzakirə edilir və həmişə maraq dairəsində olur. Buna görə də belə mövzularla bağlı mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Azərbaycanda bələdiyyələrin fəaliyyətindən danışıb. O deyib ki, Azərbaycanda bələdiyyələrin fiziki şəxslərdən əmlak, hüquqi şəxslərdən torpaq vergisi toplamaq hüququ var. Bələdiyyələrin əmlak və torpaq vergisi toplaması ilə bağlı problemlərlə üzləşdiyini, əhalinin əksəriyyətinin bu vergiləri vermədiyini qeyd edən komitə sədri bu il ilk dəfə dövlət büdcəsindən bələdiyyələrə subvensiya ayrılacağını nəzərə çatdırıb. O əlavə edib ki, subsidiyadan fərqli olaraq subvensiya məqsədli layihələr üçün nəzərdə tutulmuş xərclərdir. Arif Rəhimzadə Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi ilə əlaqədar yüz minlərlə insanın bələdiyyələrini formalaşdırmaq hüququndan istifadə edə bilmədiyini söyləyib.
Bələdiyyələrin vətəndaş cəmiyyətindəki rolundan danışan komitə sədri bu ilin dekabrında bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladıb. Bir sıra kiçik bələdiyyələrin birləşdirildiyini, hazırda 1606 bələdiyyənin olduğunu nəzərə çatdıran A.Rəhimzadə bələdiyyə seçkilərində seçici fəallığının yüksək olacağına ümid etdiyini vurğulayıb.
Milli Məclisin deputatları Tahir Rzayev, Azər Badamov, Kamran Bayramov və Pərvin Kərimzadə bələdiyyələrin fəaliyyəti və qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı fikirlərini bildiriblər.
MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun direktoru vəzifəsini icra edən Yekaterina Qoloulina MDB ölkələrində bələdiyyələrin fəaliyyətindən, bununla bağlı qanunvericilikdən danışıb.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30

