/ / Sevinc Fətəliyeva: Azərbaycanın “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulması böyük əhəmiyyət kəsb edir
Sevinc Fətəliyeva: Azərbaycanın “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulması böyük əhəmiyyət kəsb edir
24.10.2019 [09:40]
“Milli Məclis tərəfindən “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi, ölkəmizin bu beynəlxalq sənədə qoşulması mühüm hadisədir. Çünki uşaq hüquqlarının qorunması bütövlükdə bəşəriyyəti düşündürən ən əsas məsələlərdən biridir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası 2010-cu ildə imzalanıb, 2011-ci ildə isə Avropa Şurası Parlament Assambleyası tərəfindən Konvensiyanın təbliği üçün üzv dövlətlərdə “Hər beş uşaqdan biri” kampaniyasına başlanılıb. Bu kampaniyanın məqsədi Avropa Şurasına üzv dövlətlərə bu sənədin mahiyyətinin və vacibliyinin təbliği və qəbul olunması, eləcə də uşaq hüquqları ilə bağlı milli qanunvericiliyi Konvensiyaya uyğun tənzimləmək idi.
“2011-ci ildə Azərbaycan bu kampaniyanı uğurla həyata keçirdi. Bu məqsədlə Milli Məclisdə yerli və beynəlxalq səviyyəli tədbirlər keçirildi. Eləcə də parlament üzvlərinin, QHT nümayəndələrinin, AŞPA-nın birgə uşaq hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, uşaqların, valideynlərin və onlarla işləyən şəxslərin maarifləndirilməsi, uşaq hüquq pozuntularının və uşaqlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində məktəblərdə, digər müəssisələrdə seminarlar, konfranslar təşkil olundu. Həyata keçirilən tədbirlərin miqyası və səmərəliliyi baxımından Azərbaycan Avropa Şurasının ən fəal üzvü oldu, eyni zamanda, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi sayəsində cəmiyyət “Lanzarote” Konvensiyası haqqında geniş məlumatlandı. Milli Məclisdə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiya olunması bu sahədə olan problemlərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir”.
Azərbaycan üçün hər zaman uşaq hüquqlarının müdafiəsinin prioritet məsələ olduğunu vurğulayan S.Fətəliyevanın sözlərinə görə: “Uşaqların sosial müdafiəsi istiqamətində ölkəmizdə vacib qanunlar qəbul olunub və bu sahədə mühüm addımlar atılıb ki, konvensiyanın qəbul olunması bunun bariz nümunəsidir”. Deputat, eyni zamanda, vurğulayıb ki, gələcəyimiz olan uşaqların müdafiəsində hər kəs fəal iştirak etməlidir.
Sevinc Fətəliyeva qeyd edib: “Müasir dövrdə uşaqların hüquqlarının qorunması çox aktualdır. Bu gün dünyanın bir çox yerində silahlı münaqişələr baş verir və bundan ən çox uşaqlar əziyyət çəkirlər. Biz öz tariximizdə də bunun acı nəticələrini görürük. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb ki, onların da bir hissəsi uşaqlardır. Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Hətta ən çətin vaxtlarda belə, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi prioritet olub. Elə ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır. Ötən illər ərzində uşaqların həyatı, onların hüquqlarının müdafiəsi, inkişafı ilə bağlı çox böyük işlər görülüb, güclü qanunvericilik bazası yaradılıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti Prezident İlham Əliyevin xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilib. Bu mənada hesab edirəm ki, sözügedən konvensiyanın ratifikasiya olunması da böyük əhəmiyyət kəsb edir”, - deyə komitə sədrinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00

