/ / Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında Milli Məclisin nümayəndə heyəti dünyanın parlamentarilərinə müraciət edib
Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında Milli Məclisin nümayəndə heyəti dünyanın parlamentarilərinə müraciət edib
17.10.2019 [10:03]
Xəbər verildiyi kimi, Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyası öz işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, Assambleyanın “Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaşlığın töhfəsi” mövzusunda keçirilən ümumi debatlarda çıxış edən nümayəndə heyətimizin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov bu mövzunun dünya birliyi üçün çox aktual və əhəmiyyətli olduğunu qeyd edib. O, istənilən qlobal və regional miqyaslı məsələnin həllində beynəlxalq hüququn dövlətlər, hökumətlərarası və parlamentlərarası təşkilatlar üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirib. Bununla yanaşı, firavan dünyanın qurulmasının və inkişafının təməlində beynəlxalq hüququn əsaslandığı dövlətlərin suveren bərabərliyi, dövlət sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, insan hüquq və əsas azadlıqlarının qorunması və sair kimi universal prinsiplərin durduğu qeyd edilib.
Hazırda beynəlxalq hüququn böhran içində olduğunu təəssüf hissi ilə qeyd edən deputatımız bəzi dövlətlərin əməllərinin BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn universal prinsiplərinə zidd olduğunu, həmin təşkilatın Təhlükəsizlik Şurasının bir sıra qətnamələrinin illər ərzində yerinə yetirilmədiyini bildirib.
Çıxışın sonunda Milli Məclisin deputatı Kamran Bayramov Azərbaycan nümayəndə heyəti adından Parlamentlərarası İttifaqa və orada dünya dövlətlərini təmsil edən bütün parlamentarilərə müraciət edərək Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığı gücləndirməyə, təşkilatın qərar və qətnamələrinin icrası mexanizmlərinin təkmilləşdirilməsinə dəstək verməyə çağırıb.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30

