Aytən Mustafayeva: Paşinyanın açıqlamaları sayıqlamadan başqa bir şey deyil
30.08.2019 [09:21]
Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm açıqlamaları ilə özünü gülünc vəziyyətə qoyub. Onun avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistandır, vəssalam” açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” ifadəsi sayıqlamadan başqa bir şey deyil.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva söyləyib.
Aytən Mustafayeva vurğulayıb ki, Paşinyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hər vəchlə sülh yolu ilə həllinə mane olmağa çalışır. Özünü qeyri-adekvat aparan Paşinyan ağılsız bəyanatları ilə saysız-hesabsız vədlər verdiyi erməni xalqına da xəyanət edir.
Deputat qeyd edib ki, Ermənistanın baş nazirinin bəyanatları Azərbaycanı adekvat addımlar atmağa məcbur edir. Azərbaycan dövləti heç kimdən çəkinmir. Sadəcə, Azərbaycan təcavüzkar Ermənistandan fərqli olaraq sülhü, humanizmi dəstəkləyir, qan tökülməsini, insanların tələf olmasını istəmir, regionda sülhə, sabitliyə, əmin-amanlığa nail olmağa çalışır. Ermənistan rəhbərliyi öz işğalçılıq siyasətini davam etdirərək tez-tez Qarabağ icması ilə bağlı məntiqə uyğun olmayan çıxışlar edir. Vaxtilə Qarabağda təkcə azərbaycanlılar deyil, digər millətlərin və xalqların nümayəndələri də yaşayıblar. Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq müxtəlif xalqların yaşadığı multikultural ölkədir və bunu bütün dünya bilir.
Münaqişənin nizama salınmasında Azərbaycanın mövqeyinin birmənalı olduğunu diqqətə çatdıran Aytən Mustafayeva Dağlıq Qarabağın tarixən Azərbaycanın əzəli və əbədi torpağı, ayrılmaz hissəsi olduğunu bildirib. Bu səbəbdən Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpa edilməsini, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtmasını tələb edir. Prezident İlham Əliyev bütün dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən geri çəkilməyəcək. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Xalqımız inanır ki, haqq-ədalət öz yerini tapacaq və Azərbaycanın əzəli və əbədi torpaqları işğaldan azad ediləcək. Buna heç bir qüvvə mane ola bilməz.
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

