/ / Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva MEDEF Biznes Şurasının prezidenti ilə görüşüb
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva MEDEF Biznes Şurasının prezidenti ilə görüşüb
11.07.2019 [09:40]
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iyulun 10-da Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönü Azərbaycanda görməkdən şad olduğunu bildirib. Mehriban Əliyeva Azərbaycan ilə Fransa arasında uğurlu əməkdaşlığın qurulduğunu qeyd edib, bu əməkdaşlığın bir çox sahələri əhatə etdiyini diqqətə çatdırıb. Birinci vitse-prezident siyasi, iqtisadi, humanitar əlaqələrin əhəmiyyətindən danışaraq, bu münasibətlərin iki ölkə arasında əməkdaşlığın daha da inkişafına xidmət etdiyini bildirib. Birinci vitse-prezident enerji sahəsindəki əməkdaşlığın uğurla davam etdirildiyini deyib, Fransa şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunda fəaliyyətlərinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
MEDEF-in Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö Fransa müəssisələrinin 170-ə yaxın nümayəndəsinin ölkəmizə səfər etdiyini bildirib, Azərbaycanda keçirdikləri görüşləri yüksək dəyərləndirib, ölkələrimiz arasında mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib. Enerji sektorunda əldə edilən nailiyyətlərdən danışan qonaq Fransa şirkətlərinin qeyri-neft sahəsində - informasiya texnologiyaları, innovasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi istiqamətlərdə əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb. Jofrua Ru de Beziö Fransa şirkətlərinin Azərbaycanda daha da fəal çalışmaları üçün ölkəmizdə bütün şəraitin mövcud olduğunu diqqətə çatdırıb.
Görüşdə bu ilin martında Mehriban Əliyevanın Fransaya səfərinin ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

