Əli Əhmədov: Milli Ordu dövlətin güc, millətin qürur mənbəyidir
26.06.2019 [11:42]
“Sabah Silahlı Qüvvələr günüdür. Azərbaycanın hər bir vətəndaşı haqlı olaraq fəxr edə bilər ki, qüdrətli, möhtəşəm silahlı qüvvələrimiz var. Məlum Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi. Əsgərlərimiz, zabitlərimiz, generallarımız Ali Baş Komandanın əmri ilə istənilən döyüş vəzifəsini, ən başlıcası isə, torpaqlarımızın azad olunması vəzifəsini yerinə yetirməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Əminəm ki, Aprel döyüşlərindən sonra düşmənin yuxusu qaçıb, sakitləşib özünə gələ bilmir”. Bu sətirlər Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun dünən rəsmi facebook səhifəsində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə yayımladığı “Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi” sərlövhəli məqaləsində yer alıb.
“Xüsusi qürur verən cəhət odur ki, Azərbaycanın silahlı qüvvələri döyüş qüdrətinə və təchizatına görə dünyanın ən güclü orduları sırasındadır”, - deyə qeyd edən Baş Nazirin müavini Əli Əhmədov daha sonra bildirir: “Əhalisinin sayına görə dünyada 89-cu yerdə olan ölkəmiz ordumuzun qüdrətinə görə 52-ci yerdə durur. Quruculuğu Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətçilik strategiyasının reallaşması dövründən başlayan möhtəşəm Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə sözün həqiqi mənasında dünyanın qüdrətli silahlı qüvvələri sırasında özünə layiqli yer tutmuşdur”.
YAP-ın Sədr müavini Əli Əhmədov Azərbaycan Silahlı Qüvvələrinin 1990-cı illərinin əvvəllərindəki vəziyyətindən bəhs edərək qeyd edir: “Ordu günündə keçmişə ekskurs edib 1992-1993-cü illərdə silahlı qüvvələr sahəsindəki anarxiyanı yada salmamaq mümkün deyil. Erməni silahlı qüvvələrinin Azərbaycana təcavüzü ilə başlanan müharibə şəraitində AXC-“Müsavat” hökumətinin orduya rəhbərliyi hərbdən xəbəri olmayan avantürist birinə həvalə etməsi xəyanət və cinayətdən başqa bir şey deyildir. Bundan heç də geridə qalmayan xəyanət və cinayət o idi ki, cəbhədə torpaqlarımıza təcavüz edən düşmənə çevrilməli olan silahların xeyli hissəsi Bakıda, Gəncədə, digər yerlərdə insanları vahimə altında saxlamaq üçün mülki insanlara paylanmışdı. Daha bir xəyanət və cinayət isə o idi ki, ayrı-ayrı partiyalara və qruplara xidmət göstərən silahlı dəstələr yaradılmasına dövlət səviyyəsində imkan verilmişdi. Nəticədə güclü nizami ordu yaradılması baş tutmamışdı, torpaqlarımızın müdafiəsi lazımınca təşkil olunmamışdı. Mən könüllü batalyonlarda vuruşan, ümumiyyətlə, vətənin bütövlüyü yolunda böyük qəhrəmanlıqlar göstərərək canını qurban verən hər kəsin əziz xatirəsi qarşısında baş əyirəm. Onlar, həqiqətən, qəhrəmanlar idilər. O zaman güclü nizami ordumuz yaradılsaydı, şübhə etmirəm ki, əvvəla, itkilərimiz qat-qat az olardı, ikincisi isə, torpaqlarımız işğal altına düşməzdi. Canını vətən yolunda fəda etməyə hazır olan qəhrəmanlarımız nizami ordu halında birləşərək buna imkan verməzdilər”.
Əli Əhmədov daha sonra qeyd edib: “Artıq o illər arxada qalıb. Azərbaycan dəyişib. Güclü iqtisadiyyatı var, sabitlik və əmin-amanlıq möhkəm qərar tutub, insanların rifahı gündən-günə yaxşılaşır, dünyada ölkəmizin nüfuzu yüksəlir. Xalqın iradəsi, Ali Baş Komandanın müdrikliyi və Ordumuzun qüdrəti sayəsində işğal olunmuş torpaqlarımızın geri qaytarılacağına kimsə şübhə etmir. Və o gün uzaqda deyil.
Silahlı Qüvvələr Günümüz mübarək!”
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49

