Prezident İlham Əliyev: Bizim gözəl ənənələrimiz, milli dəyərlərimiz var
10.07.2018 [09:32]
Bizim gözəl ənənələrimiz, milli dəyərlərimiz var. Biz onları qoruyuruq və siz gənclər onları yaşatmalısınız. Bu, böyük bir mirasdır, böyük mədəni irsdir, bizim zənginliyimizdir. Bizim musiqimiz, xalçaçılıq sənətimiz, incəsənətimiz, ədəbiyyatımız, ana dilimiz - bütün bunlar bizim ən böyük sərvətlərimizdir. Biz bu sərvətləri bütün dövrlərdə - çar Rusiyası, Sovet İttifaqı dövrlərində qorumuşuq. Ona görə bir xalq kimi, biz bu gün inkişaf edirik. Özümüzü dünyaya təqdim etmişik. Əlbəttə ki, biz müstəqillik dövründə bu dəyərləri daha da qorumalıyıq. Dövlət siyasəti var və mən Prezident kimi bu məsələlərə xüsusi diqqət göstərirəm. Bütün dövlət qurumları, eyni zamanda, ictimai təşkilatlar bu işlərlə məşğul olurlar. Ancaq burada ardıcıllıq təmin edilməlidir. Bu ardıcıllığı siz gənclər təmin edəcəksiniz.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 64-cü kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2014-cü il avqustun 28-də Beyləqanda yeni istifadəyə verilən Gənclər Mərkəzində rayon gənclərinin və ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 64-cü kitabındakı materiallar 2014-cü ilin iyulundan sentyabrınadək olan dövrü əhatə edir.
Nəşrdə Azərbaycan Prezidentinin İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərə, bu ölkənin jurnalistlərinə müsahibəsinə, Rusiya Federasiyasının Soçi şəhərinə, NATO Sammitində iştirak etmək üçün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərlərinə, Uelsin Nyuport şəhərində NATO Sammitində çıxışına, habelə Türkiyə Respublikası Prezidentinin və Baş nazirinin, Malayziyanın Baş nazirinin Azərbaycana rəsmi səfərləri, Bolqarıstan Prezidentinin, Monteneqronun və Yunanıstanın Baş nazirlərinin ölkəmizə səfərləri zamanı dövlətimizin başçısının apardığı danışıqlara, eləcə də imzalanan sənədlərə, mətbuata bəyanatlara dair materiallar toplanıb.
Kitabda Prezident İlham Əliyevin Böyük Britaniya, İran, Almaniya, Serbiya, İsrail, Rusiya və başqa dövlətlərin, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul etməsinə dair informasiyalar da yer alıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində prinsipial mövqe nümayiş etdirib, diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl törədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.
Nəşrdə, həmçinin dövlətimizin başçısının “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün iştirakçılarına məktubu, Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrikinin mətni və digər məktubları yer alıb.
Çoxcildliyin bu kitabında Azərbaycan Prezidentinin Xızı, Ağdam, Bərdə, Beyləqan və Füzuli rayonlarına səfərlərinə, ictimaiyyət nümayəndələri ilə görüşlərinə, Bakıda və regionlarda müxtəlif infrastruktur obyektlərinin açılışlarında iştirakına, əsaslı təmir və yenidənqurma işlərindən sonra orta məktəblərdə yaradılan şəraitlə tanışlığına dair informasiyalar da verilib.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 64-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10

