Milli Məclisdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
02.06.2017 [10:09]
Bir iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Milli Məclisdə “Mənim səsim - mənim hüquqlarım: Parlament müzakirəsi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları ziyarət olunub. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın məzarları ziyarət edilib.
Toplantıda Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, parlamentin komitə sədrləri, bir sıra məktəb və liseylərin şagirdləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Milli Məclisin foyesində təşkil edilmiş uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Milli Məclis sədrinin müavini Bahar Muradova tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə uşaqları təbrik edib. Vitse-spiker diqqətə çatdırıb ki, 1950-ci il iyunun 1-də keçirilmiş Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi məqsədilə qərara alınıb ki, bu tarix bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilsin. Azərbaycan da beynəlxalq birliyin üzvü kimi hər il bu günü qeyd edir. Bundan əlavə, BMT tərəfindən 1989-cu ildə Uşaq Hüquqları haqqında Konvensiya qəbul olunub və Azərbaycan bu konvensiyanı ratifikasiya edən ilk dövlətlərdəndir. Eyni zamanda, BMT Baş Assambleyasının müvafiq qərarı ilə 20 noyabr tarixi də Ümumdünya Uşaqlar Günü kimi qeyd olunmaqdadır.
Bahar Muradova bildirib ki, ölkəmizdə uşaqların ən böyük himayədarı Ulu öndər Heydər Əliyev dövlət siyasətinin ən vacib istiqamətlərindən biri kimi böyüməkdə olan nəslin sağlam, firavan, xoşbəxt yaşamasını göstərib. Bu gün uşaqların ən böyük hamisi olan ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında bu istiqamətdə mühüm addımlar atılır, böyük işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2009-cu il ölkəmizdə “Uşaq ili” elan olunub. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həllinə diqqətin artırılması məqsədilə bir sıra proqramlar həyata keçirilir.
Qeyd edilib ki, Azərbaycan insan hüquqlarına, onun tərkib hissəsi olan uşaq hüquqlarına hörmətlə yanaşır. Dövlət siyasətinin əsas istiqamətlərindən biri uşaqların təhsilinin, sağlamlığının, asudə vaxtının səmərəli keçirilməsinin təmin edilməsi, onlar üçün bütün sahələrdə bərabər imkanların yaradılmasıdır. Uşaqların daha firavan cəmiyyətdə yaşaması üçün parlamentdə vacib qanunlar qəbul olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova uşaq hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif tədbirlər keçirildiyini söyləyib. Bildirilib ki, Azərbaycan hökuməti uşaqlar üçün bütün sahələrdə geniş imkanlar yaradıb. Uşaqlar bu imkanlardan səmərəli istifadə etməli, bilik və bacarıqlarını artırmalı, tariximizi, mədəniyyətimizi yaxşı öyrənməlidirlər. Hicran Hüseynova ailələrdə baş verən bəzi mənfi hallar barədə danışıb. Bunun aradan qaldırılması üçün profilaktik tədbirlərin görüldüyünü, uşaqlara hüquqi yardımın göstərildiyini söyləyib. Komitə sədri uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün zəruri şəraitin yaradılması, valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, uşaqlara qarşı zorakılığın qarşısının alınması kimi məsələlərin önəmli olduğunu bildirib.
UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin öz çıxışında deyib ki, uşaqların problemlərinin həllində onlarla dialoqun qurulması vacib amillərdəndir. Uşaqların danışmaq və dinlənmək hüququ təmin edilməlidir. Əgər bir dövlət güclü olmaq, stabil inkişaf etmək istəyirsə uşaqlara lazımi diqqəti göstərməlidir. Edvard Karvardin Azərbaycanda uşaqların xoşbəxt, firavan böyüməsi üçün onlara yaradılmış şəraiti, dövlət qayğısını təqdir edib. O, qeyd edib ki, ölkəmizdə uşaq siyasəti uğurla həyata keçirilir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli çıxışlarında bildiriblər ki, uşaqların rifahının yüksəldilməsi, onların intellektual səviyyəsinin artırılması dövlət siyasətinin başlıca vəzifələrindən biridir. Ümumiyyətlə, uşaqların hüquqları ölkəmizdə ən ali səviyyədə Konstitusiya qanunları ilə qorunur və dövlət uşaq hüquqlarının qorunmasının və təhlükəsizliyinin qarantıdır.
Diqqətə çatdırılıb ki, Milli Məclisdə “Uşaq hüquqları haqqında”, “Sağlamlıq imkanları məhdud uşaqların təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” bir sıra digər mühüm qanunlar qəbul olunub. Bu qanunlar uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və müxtəlif sahələrdə uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədi daşıyır.
Yığıncaqda uşaqlarla bağlı Azərbaycan Respublikasının IV Forumuna seçilmiş gənc nümayəndələrin çıxışları dinlənilib. Uşaqlardan Flora Həmidzadə “Sağlam nəslin formalaşması gələcəyimizin təminatıdır”, Nigar Quliyeva “Uşaqlar üçün bərabər imkanlar”, Çingiz Qarayev “Uşaqlara qarşı fiziki cəzalara son qoyaq”, Orxan Yusifov “Asudə vaxt bizim üçün dəyərlidir”, Fatimə Aslanova “Müasir dövrdə uşaqların internet təhlükəsizliyi” mövzularında məruzə ediblər. İştirakçı Mədinə Hüseynzadə isə uşaqların sərgidə nümayiş olunan əl işləri barədə məlumat verib.
Tədbirin sonunda müxtəlif sahələrdə nailiyyətlər qazanmış bir qrup məktəbli diplomlarla təltif edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36

