ATƏT-in Minsk qrupunun fəaliyyətində hər hansı bir dəyişiklik olacaqmı?
06.01.2017 [09:31]
Minsk qrupunun həmsədr ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə öz səylərini artırmalıdırlar
Cənubi Qafqaz müasir dünya siyasətində geosiyasi və geoiqtisadi parametrlər baxımından ən önəmli regionlardan biri hesab edilir. Təsadüfi deyil ki, dünyanın geostrateji təhlükəsizlik sistemini formalaşdıran güc mərkəzləri bu bölgəni əhəmiyyətli geosiyasi məkan kimi özlərinin uzunmüddətli strateji planlarına və konsepsiyalarına daxil ediblər. Çünki, hər şeydən əvvəl, Cənubi Qafqazda stabil təhlükəsizlik sisteminin təmin edilməsi nəticə etibarilə regionətrafı bölgələrdə, yəni Xəzər-Qara-Baltik-Aralıq dənizlərini əhatə edən hövzələrdə də dağıdıcı faktorların neytrallaşdırılmasına real zəmin yaradacaq. Məhz buna görə hesab olunur ki, daha stabil təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün atılmalı olan ilk addım bölgədəki destruktiv faktorların aradan qaldırılmasıdır. Bu cür dağıdıcı faktorların əsasını isə separatizm və ərazi iddiaları nəticəsində yaranmış regional münaqişələr təşkil edir.
Şübhəsiz, bu gün Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir. Buna görə də beynəlxalq təşkilatlar, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Ermənistanın qeyri-konstruktiv mövqeyinə qarşı konkret yanaşma ortaya qoymalıdırlar. Nəzərə alınmalıdır ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının bəyanatında dövlətlərin ərazi bütövlüyünün pozulmazlığı (toxunulmazlığı) prinsipinin xüsusi olaraq vurğulanmasına baxmayaraq, Ermənistan özünün işğalçı və qeyri-konstruktiv mövqeyi ilə beynəlxalq hüquq normalarına əsaslanan bütün konvensiyalarda öz əksini tapmış dövlətlərin ərazi bütövlüyünün pozulmazlığı prinsipini heçə saymaqdadır.
Yeri gəlmişkən, yanvarın 1-dən ATƏT-də sədrlik Avstriyaya keçib. Ekspertlər bu dəyişiklik fonunda ATƏT-in Minsk qrupunun fəaliyyətində də intensivliyin və səmərəliliyin artmasının zəruri olduğunu bildirirlər. Bundan başqa, cari ilin yanvarından etibarən səfir Riçard Hoqlandın müvəqqəti olaraq Amerika Birləşmiş Ştatlarının ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsini icra etməsi də müzakirə predmetinə çevrilib. Ekspertlər bu dəyişikliyin təşkilatın fəaliyyətində hər hansı bir keyfiyyət dəyişikliyinə səbəb olub-olmayacağı barədə müxtəlif fikirlərlə çıxış edirlər. Bütövlükdə, siyasi şərhçilər ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən Ermənistanın təxribatçı hərəkətləri və qeyri-konstruktiv mövqeyi ilə yanaşı, münaqişənin həllinə neqativ təsir göstərən yanaşma və bəyanatlara da konkret reaksiya göstərilməsinin vacib olduğunu bildirirlər. Bu baxımdan, ekspertlər Minsk qrupunun KTMT-nin baş katibi Nikolay Bordyujanın Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hadisə ilə bağlı qərəzli bəyanatına adekvat münasibət göstərməsini zərurət kimi xarakterizə ediblər.
Şübhəsiz, bütün hallarda ATƏT-in Minsk qrupu münaqişənin həlli istiqamətində təxribatçı və dağıdıcı fəaliyyət göstərən Ermənistana təzyiq və təsir etmək üçün kifayət qədər resurslara malikdir. Eləcə də beynəlxalq hüquq normaları - BMT-nin nizamnaməsi, qəbul etdiyi qərar və qətnamələr, ATƏT-in Helsinki Yekun Aktı da imkan verir ki, işğalçı dövlətə qarşı xüsusi tədbirlər görülsün. Ümumilikdə isə, ATƏT-in Minsk qrupunun passiv mövqe və fəaliyyəti aşağıdakı nəticələrə gətirib çıxara bilər:
1. Cənubi Qafqaz kimi həssas və strateji önəm kəsb edən bir bölgədə dağıdıcı meyillər arta, regional təhlükəsizliyə təhlükə yaradan neqativ tendensiyalar ortaya çıxa bilər;
2. Bu hal Ermənistanın dağıdıcı və təcavüzkar iddialarının əhatə dairəsinin genişlənməsinə, intensivlik səviyyəsinin artmasına yol aça bilər;
3. Bu kimi dağıdıcı tendensiyalar ATƏT-in Minsk qrupunun həmsədrləri kimi çıxış edən ölkələrin qlobal miqyasda nüfuz zonalarındakı mövqelərinin zəifləməsinə gətirib çıxara bilər. Çünki Cənubi Qafqaz kimi önəmli bir bölgənin “barıt çəlləyi”nə dönməsi “zəncirvari proses” kimi digər bölgələrdə də dağıdıcı meyilləri alovlandıra və şiddətləndirə bilər;
4. Cənubi Qafqazda sabitliyin pozulması istər-istəməz hegemon güclərin öz aralarında gedən strateji savaşını kəskin həddə gətirib çıxarar ki, bu da beynəlxalq təhlükəsizlik balansının pozulmasına səbəb olar və s.
Yuxarıda verdiyimiz proqnozların sayını istənilən qədər artırmaq olar. Amma hər halda proqnozlardan belə nəticəyə gəlmək olur ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə öz səylərini artırmalıdırlar.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

