Milena Qabanelli nə üçün Azərbaycanı hədəf seçib?
24.11.2016 [09:59]
Anti-Azərbaycan dairələrin və erməni lobbisinin xidmətçisi olan bu şəxs ölkəmizə qarşı qərəzli və aqressiya dolu münasibətini davam etdirir
Azərbaycanın inkişafı, siyasi, iqtisadi və digər sahələrdə qazanılan uğurlar, həmçinin respublikamızın beynəlxalq mövqeyinin mütəmadi olaraq güclənməsi ölkəmizlə əməkdaşlıq münasibətlərinə malik olan dövlətlər tərəfindən müsbət qarşılansa da, bəzi dairələrdə qısqanclıq yaradır. Buna görə də erməni lobbisini, ölkəmizdəki “beşinci kolon”u özündə birləşdirən həmin anti-Azərbaycan dairələri respublikamıza qarşı “qara piar” kampaniyası aparır, Cənubi Qafqazın lider dövlətinin pozitiv beynəlxalq imicinə xələl gətirməyə çalışırlar. Bunun üçün isə ayrı-ayrı transmilli media qurumlarının, o cümlədən “araşdırmaçı-jurnalist” statusunda müxtəlif dairələrdən maliyyələşən şəxslərin xidmətlərindən istifadə edirlər.
Son olaraq “Corriere della Sera” qəzetinin köşə yazarı və reportyoru, İtaliyanın RAİ 3 telekanalındakı “Report” proqramının müəllifi Milena Qabanellinin Azərbaycana qarşı qərəz, aqressiya və böhtan dolu reportaj təqdim etməsi bu qəbildən olan nümunələr sırasındadır. Qəzetimizin ötən sayında dərc edilmiş “Azərbaycana qarşı “qara piar” kampaniyası: Milena Qabanelli, erməni lobbisi və “beşinci kolon” eyni cəbhədə” sərlövhəli məqalədə M.Qabanellinin “Report” proqramı vasitəsilə Azərbaycana qarşı “qara piar” kampaniyasını davam etdirdiyini, bu istiqamətdə ermənilərlə işbirliyinin xüsusi yer tutduğunu faktlar əsasında diqqətə çatdırmışdıq. Vurğulamışdıq ki, “Report”un növbəti buraxılışında Azərbaycana qarşı çoxsaylı ittihamlar səsləndirildikdən sonra Xədicə İsmayıl, AXCP sədri Əli Kərimli, Almaniyanın insan haqları üzrə ombudsmanı, 1977-1982-ci illərdə Almaniyada uşaqbazlığın qanuniləşdirilməsinə çalışmış siyasətçilər arasında yer alan Kristof Ştrasser, habelə İtaliyanın Apuliya regionunun rəhbəri Mikele Emiliano ekranda bir-birlərini sıralayaraq anti-Azərbaycan kampaniyasının cizgilərini davam etdiriblər.
M.Qabanelli erməni lobbisinin direktivləri əsasında Azərbaycan-İtaliya münasibətlərini hədəfə alıb
Bəhs olunan proqram çərçivəsində müşahidə edilən reallıqlardan biri də M.Qabanellinin mütəmadi olaraq Azərbaycan-İtaliya münasibətlərini hədəfə almasıdır. O, iki ölkə arasındakı münasibətlərin inkişafından narahatlıq ifadə edib. Əlbəttə, bu, təsadüfi xarakter daşımır, çünki bu şəxs bütün yazı və reportajlarında Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsindən narahatlıq keçirdiyini açıq şəkildə ifadə edir, ölkəmizə qarşı təzyiq göstərilməsini və sanksiyalar tətbiq olunmasını tələb edir. Digər tərəfdən, müəllif İtaliya rəsmilərinə çağırış edərək ölkəmizlə münasibətlərin, xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivinin olmaması barədə absurd fikirlər səsləndirir. Amma Azərbaycanın İtaliyaya ən böyük neft satıcısı olduğunu “unudan” müəllifə xatırlatmaq lazımdır ki, hər iki tərəf münasibətlərin, xüsusilə də enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafında maraqlıdır və işbirliyinin gələcək konturları olduqca aydındır. 50 milyard dollara yaxın investisiya qoyulan və 2020-ci ildə tam hazır olacaq Transadriatik (TAP) layihəsində İtaliyanın çoxsaylı şirkətlərinin də iştirak etdiyi reallıqdır. Bu isə onu göstərir ki, bəhs olunan “araşdırmaçı-jurnalist”in absurd fikirlərinin əksinə olaraq Azərbaycan-İtaliya münasibətləri uğurla inkişaf edir, əməkdaşlıq isə çoxşaxəli xarakter daşıyır. Erməni lobbisi və anti-Azərbaycan dairələrdən aldığı maliyyə vəsaitlərinə görə Azərbaycan-İtaliya münasibətlərinin gələcəyinə dair qərəzli, birtərəfli fikirlər səsləndirmək isə heç bir nəticə verməyəcək.
“Araşdırmaçı-jurnalist”in növbəti absurd yanaşması...
M.Qabanellinin qərəzli reportajında yer verilən məqamlardan biri isə Azərbaycandakı tolerantlıq mühiti olub. Dünyada tolerantlıq nümunəsi kimi çıxış edərək bəşəriyyətə yeni və daha mütərəqqi dəyərlər təqdim edən Azərbaycanda mövcud olan multikultural mühit tənqid obyektinə çevrilib. Amma bu tənqid heç bir fakta söykənmədiyindən və ancaq qərəz dolu bir neçə qeyri-obyektiv cümlədən ibarət olduğuna görə, sadəcə, gülüş doğurur. Müəllifə xatırlatmaq yerinə düşər ki, dünyada sivilizasiyaların toqquşması prosesinin cərəyan etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini, etnik zəmində konfliktlərin yaşandığı bir vaxtda ölkəmiz sabit və tolerant mühiti ilə diqqət çəkir. Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Üstəlik, bir çox nüfuzlu beynəlxalq mədəniyyət və idman müsabiqələrinin, tədbirlərinin respublikamızda keçirilməsi də həm ölkəmizin inkişafından, həm də dünyaya açıq olmasından xəbər verir. Bütün bunlarla əlaqədar olaraq ölkəmiz dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54

