AXCP-“Müsavat” qarşıdurması yenidən kəskinləşib
17.09.2016 [10:31]
11 sentyabr mitinqi dağıdıcı müxalifət düşərgəsində ziddiyyətləri daha da dərinləşdirdi
Azərbaycan siyasi palitrasında heç bir funksionallığa malik olmayan autsayderlər özlərinin korporativ maraqlarını, siyasi ambisiyalarını təmin etmək üçün milli maraqlara və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə zidd olan ən müxtəlif yollara istinad edirlər. Bu sırada AXCP, “Müsavat” kimi radikal siyasi qruplaşmalar, o cümlədən qondarma “Milli şura” xüsusilə fərqlənir. Dağıdıcı düşərgə nümayəndələri bu gün Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmir, öz fəaliyyətlərini anti-Azərbaycan dairələrin direktivləri əsasında davam etdirirlər.
Radikal müxalifət öz simasını bir daha cəmiyyətə təqdim etdi
Sentyabrın 11-də qondarma “Milli şura”ya daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının keçirdiyi mitinq isə radikal müxalifətin hansı məqsədlər və prinsiplər əsasında çıxış etdiyini bir daha ortaya qoydu. Əvvəla qeyd edək ki, “Milli şura”nın müxtəlif təmsilçilərinin bir sıra Qərb dövlətlərinin Bakıdakı səfirliklərində keçirdikləri görüşlər və müzakirə olunan məsələlər ilə bağlı ölkə mətbuatında çoxsaylı informasiyalar öz əksini tapmışdı. Məlumatlara görə, bu görüşlərdə Əli Kərimli və Cəmil Həsənli Qərb dairələrindən mitinq keçirməklə bağlı tapşırıq alıblar. Bu isə ona dəlalət edir ki, xalqın mənafeyinə zidd mövqedə duran bu dağıdıcı ünsürlər anti-Azərbaycan dairələrin “siyasi alət”i qismində çıxış edirlər.
11 sentyabr mitinqi dağıdıcı düşərgədə ciddi ziddiyyətlərin olduğunu nümayiş etdirdi
Bunlarla yanaşı, qondarma “Milli şura”nın 11 sentyabr mitinqi radikal müxalifət düşərgəsində ciddi ziddiyyətlərin olduğunu nümayiş etdirdi. “Müsavat” “Milli şura”nın mitinqinə dəstək verməklə qarşı tərəfdən də öz aksiyasına dəstək alacağına ümid edirdi. Lakin AXCP sədri Əli Kərimlinin “Müsavat”dan bir gün əvvələ mitinq təyin etməsi bu gözləntinin yanlış olduğunu göstərdi. Bu hadisələrin fonunda sosial şəbəkələrdə AXCP üzvləri ilə “Müsavat”çılar arasında qarşıdurma daha da kəskinləşməkdədir. Tərəflər bir-birlərini “ən radikal”, “barışmaz müxalifət” kimi ifadələrlə tənqid edir, ziddiyyətlər təhqiramiz fikirlərlə daha da dərinləşməkdədir. “Müsavat”çıların fikrinə görə, Ə.Kərimli tələm-tələsik yeni mitinq təyin etməklə, əslində, “Müsavat”ı siyasi arenadan uzaqlaşdırmaq və bununla da “alternativsiz müxalifət lideri” obrazı formalaşdırmaq istəyir.
Qarşılıqlı ittihamlar səngimir
Bu cür qarşıdurma və ziddiyyətlərin fonunda başqa bir nüans da diqqəti cəlb edir. Belə ki, radikal dindarların bir qismi Ə.Kərimlinin onların adından qərar qəbul edib “Müsavat”ı sıxışdırmaq cəhdlərini pisləyib. Son aksiyanın iştirakçısı olan dindarlardan biri - Elxan Zaman Əli Kərimlinin addımını “cığallıq” adlandırıb. O, Ə.Kərimli “centlmen” kimi davranmadığından dindarları AXCP-yə deyil, “Müsavat”a dəstək verməyə çağırıb. AXCP fəalları isə “Müsavat”ı yalançılıqda, AXCP-nin “uğur”larına qısqanclıqla yanaşmaqda ittiham edir və bu partiyanın mitinqinin boykot edilməsinə dair fikir bildirirlər. Bəzi müxalifətçilər hesab edirlər ki, AXCP-nin məlum qərarı müxalifət daxilində önə keçmək istəyinin ifadəsidir. Onların fikrincə, bu partiya radikal düşərgədə birincilik uğrunda mübarizə aparır.
AXCP, “Müsavat” kimi siyasi partiyaların nümunəsində cərəyan edənlər sözügedən düşərgənin təmsilçilərinin tükənmiş ünsürlər olduğunu bir daha təsdiqləyir. Siyasi sistemin autsayderinə çevrilən dağıdıcı düşərgə təmsilçiləri ictimai dəstəyə, yetərli güc və potensiala malik olmadıqlarından yenə də müxtəlif manipulyasiyalar, ziddiyyətlər və qarşıdurmalarla gündəmə gəlirlər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

