/ / Dünya Azərbaycanlılarının IV Qurultayında “Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak” mövzusu müzakirə olunub
Dünya Azərbaycanlılarının IV Qurultayında “Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak” mövzusu müzakirə olunub
07.06.2016 [10:11]
Dünya Azərbaycanlılarının IV Qurultayının ikinci günündə - iyunun 4-də “Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak” mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, panel iclasın moderatoru, Türkiyənin Giresun Universitetinin tarix kafedrasının müdiri, professor, Dünya Türkləri Konqresinin üzvü Aygün Attar azərbaycanlıların məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakına mane olan amillər və onların aradan qaldırılması yolları, yerli cəmiyyətlərə inteqrasiyanın şərtləri və çətinlikləri barədə müzakirələrin aparılacağını diqqətə çatdırıb. Bildirilib ki, bu gün Azərbaycan icmasının yaşadığı ölkələrdə ona olan ictimai etimadın gücləndirilməsi, yerli ictimai mühit və siyasi münasibətlər sisteminin yaratdığı maneələrin dəf edilməsi yollarının müəyyənləşdirilməsi, Azərbaycan diasporunun cəmiyyətə inteqrasiyasının və siyasi fəallığının artırılması üçün vahid konsepsiyanın hazırlanması mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı çıxışında Azərbaycan diasporunun yaranma tarixindən, milli diasporumuzun formalaşmasında mühacirət hərəkatının rolundan danışıb. O, dövlətin diaspor təşkilatlarına, yoxsa diaspor təşkilatlarının dövlətə yardım etməsi məsələsinin hazırda aktual mövzu olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanın diaspor təşkilatları dövlətin onlara göstərdiyi fəal dəstəyi yüksək qiymətləndirməlidir. Prezident İlham Əliyevin qurultayın açılış mərasimindəki nitqində diaspor təşkilatları qarşısında mühüm vəzifələr qoyduğunu xatırladan Musa Qasımlı qeyd edib ki, bu qurultay Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayır.
Ukrayna Milli Avrasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru, Ukraynanın Əməkdar təhsil işçisi, Ukrayna Azərbaycanlıları Alimlər Şurasının sədri Arif Quliyev yaşadığı ölkədə diaspor təşkilatlarının fəaliyyətindən, ictimai-siyasi həyatda iştirak üçün mövcud vəziyyətdən və qarşıda duran problemlərdən danışıb. O, Azərbaycanın diaspor təşkilatlarının dövlət və xalq qarşısında hesabat verməli olduqlarını diqqətə çatdırıb. A.Quliyev diaspor təşkilatlarının vahid amal, şüar və ideya ətrafında sıx birləşərək əlaqəli şəkildə fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb. Ukraynada xeyli sayda Azərbaycan məktəbinin fəaliyyət göstərdiyini diqqətə çatdıran Arif Quliyev təkcə Kiyevdə 5 belə məktəbin olduğunu deyib. O, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin potensialından daha geniş istifadə edilməsinin vacibliyini vurğulayıb.
İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin sədri Səfər Qaraqoyunlu rəhbərlik etdiyi təşkilatın diaspor fəaliyyətindən danışıb. O, Azərbaycan diaspor təşkilatlarının yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiyasında mədəniyyət mərkəzlərinin və kitabxanaların açılmasının önəmini qeyd edib.
Niderlandda Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın Avropa ölkələrində diaspor təşkilatlarının fəaliyyəti üçün mövcud çətinliklərdən danışıb. O, erməni diasporunun güclü olduğu Avropa ölkələrində, xüsusən Niderlandda Azərbaycan diaspor təşkilatlarının uğurlu fəaliyyəti üçün səylərin birləşdirilməsinin önəmini vurğulayıb.
Ümumrusiya Azərbaycan Konqresinin Çuvaşiya regional bölməsinin sədri Əziz Bədirov təmsil etdiyi qurumun fəaliyyətindən söhbət açıb. O, Çuvaşiyadakı Azərbaycan diasporunun erməni lobbisinə qarşı uğurla fəaliyyət göstərdiyini, onların qondarma “erməni soyqırımı” ilə bağlı tədbirlər keçirmək cəhdlərinin qarşısını aldığını xatırladıb. Ə.Bədirov məhz Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti nəticəsində xalqımızın dahi şairi Nizami Gəncəvinin xatirəsinin Çuvaşiyada əbədiləşdirilməsi istiqamətində işlər görüldüyünü, buradakı stadionlardan birinə dahi mütəfəkkirin adının verildiyini bildirib.
Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin (UABK) sədri Rövşən Tağıyev təşkilatın üzvlərinin Ukraynanın bir sıra dövlət, hökumət və qanunvericilik qurumlarında, məhkəmə-hüquq orqanlarında rəhbər vəzifələrdə çalışdığını diqqətə çatdırıb. O, UABK-nın Ukraynanın yüksək dövlət qurumları, hətta sabiq və hazırkı prezidentləri ilə sıx münasibətlərinin olduğunu qeyd edib. UABK sədri Konqresin təşəbbüsü ilə ermənilərin iki dəfə Ukrayna parlamentində qondarma “erməni soyqırımı”nın tanınması cəhdlərinin qarşısının alındığını bildirib. R.Tağıyev diaspor təşkilatının uğur qazanması üçün xaricdə yaşayan azərbaycanlıların həmin ölkələrin dilini öyrənmələrinin, nüfuzlu ictimai-siyasi xadimlərlə sıx münasibətlər qurmalarının önəmini qeyd edib.
Qlobal Kariyera İnstitutunun direktoru Orxan Həsənoğlu, tanınmış türkoloq alim, Moskva Dövlət Linqvistika Universitetinin professoru, “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri Tofiq Məlikli, “Azər-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Rusiya Azərbaycanlı Gənclər Birliyinin əməkdaşı Alim Hüseynov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və digər çıxış edənlər də Azərbaycanın müstəqilliyin bərpasından sonra özünü dünyada tanıtmaq istiqamətində ilk addımlarından birinin diaspor təşkilatlarının fəaliyyətinin canlandırılması olduğunu bildiriblər. Çıxış edənlər diaspor təşkilatlarının xalqımızın Ümummilli lideri Heydər Əliyevin ideologiyası əsasında formalaşmasının və fəaliyyət göstərməsinin önəmini diqqətə çatdırıb, bu istiqamətdə həyata keçirilməli olan addımlardan danışıblar.
Fasilədən sonra panel iclası işini davam etdirib.
Türkiyə Fizika Cəmiyyətinin üzvü, Bilkənt Universitetində Nanotexnologiya Araşdırmaları Mərkəzinin fəxri professoru-baş elmi işçisi, Türkiyə Milli Müdafiə Nazirliyinin eksperti Əmrullah Məmmədov dünya azərbaycanlılarının əlaqələrinin gücləndirilməsi, diaspor təşkilatlarının fəaliyyətinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından qurultayın önəmini diqqətə çatdırıb.
İsveç Azərbaycan Federasiyasının sədri Səttar Sevigin təmsil etdiyi qurumun Azərbaycanın təbliği sahəsində gördüyü işlərdən danışıb. O, diaspor təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələrdən bəhs edib.
“Azəri” İctimai Birliyinin fəxri sədri, Qırğız Respublikasının əməkdar həkimi Akif Alaferdov Qırğızıstanda Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti barədə məlumat verib. A.Alaferdov diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün əlaqələndirmə işinin önəmini xüsusi vurğulayıb.
Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov bu ölkədəki azərbaycanlıların yığcam yaşadıqları üçün onların cəmiyyətə inteqrasiyasının xüsusi önəm kəsb etdiyini deyib. O, Gürcüstanda 124 azərbaycandilli məktəbdə 30 mindən artıq şagirdin təhsil aldığını qeyd edib. Xaricdə yaşayan azərbaycanlıların məskunlaşdıqları ölkələrin dövlət dilini öyrənmələrinin inteqrasiya prosesində mühüm rol oynadığını vurğulayan F.Həsənov həm Azərbaycan, həm də Gürcüstan dövlətinin bu məsələyə xüsusi diqqət yetirdiyini bildirib. O, Gürcüstan ali məktəblərində oxuyan tələbələrin təhsil haqlarının Azərbaycan dövləti tərəfindən ödənilməsinin azərbaycanlı gənclərin yüksək təhsil almaları və gürcü cəmiyyətinə inteqrasiyası baxımından mühüm rol oynadığını deyib.
Dünya Azərbaycanlıları Konqresinin fəallarından olan Əjdər Tağızadə, Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Novı Sad Musiqi Akademiyasının professoru Zərifə Əlizadə, Albaniyada Elm və Mədəniyyət Mərkəzinin sədri Entella Muço və digərləri çıxış edərək mövcud çətinliklərdən və onların həll olunması üçün qarşıda duran vəzifələrdən danışıblar.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.
Müzakirələrə yekun vuran Aygün Attar dünyada heç bir dövlətin özünün diaspor təşkilatlarına Azərbaycan qədər fəal dəstək vermədiyini vurğulayıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin qurultayın açılış mərasimindəki çıxışını Azərbaycan Ordusunu salamlayaraq bitirməsi bütün diaspor təşkilatlarının qarşıdakı illərdə fəaliyyətinə dair istiqamətləndirici mesajdır. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan diaspor təşkilatları fəaliyyətlərində torpaqlarımızın erməni işğalından azad edilməsi məsələsini əsas istiqamət kimi müəyyənləşdirməli və öz işlərini bu hədəf üzrə qurmalıdırlar.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41

