Naxçıvan tarixi ilə bağlı ölkə arxivlərində yeni sənədlər aşkar edilib
02.06.2016 [09:56]
İyunun 1-də Naxçıvan tarixi ilə bağlı ölkə arxivlərində aşkar olunan yeni sənədlər Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi Fəxrəddin Cəfərov çıxış edərək Naxçıvanda bütün sahələrdə olduğu kimi, arxiv işinin yaxşılaşdırılması sahəsində də mühüm tədbirlərin görüldüyünü bildirib, muxtar respublika tarixinin araşdırılmasına, eləcə də arxiv işinin daha da yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıdan danışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Arxiv sənədləri aid olduğu dövrün tarixini yaşadır, bu tarixi gələcək nəsillərə ötürür. Hər bir ölkənin, xalqın tarixi ilə bağlı araşdırma aparılarkən, ilk növbədə arxiv sənədlərinə istinad olunur. Muxtar respublikada arxiv işinin təşkili sahəsində həyata keçirilən tədbirlər də bu məqsədə xidmət edir. Son illər muxtar respublikada arxiv işinin təşkili sahəsində bir sıra tədbirlər görülmüş, Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin binası əsaslı şəkildə yenidən qurulmuş, yeni avadanlıqlarla təmin olunmuş, şəhər və rayon arxivləri üçün müasir iş şəraiti yaradılmışdır”.
Ali Məclisin Sədri deyib: “Gələcəyimizi təmin etmək üçün keçmişimizi qorumalıyıq, tariximizi arxiv sənədlərində gələcək nəsillərə çatdırmalıyıq. Lakin bu sahədə həyata keçirilən tədbirlərə və yaradılan şəraitə baxmayaraq, muxtar respublikada arxiv işi hələ də tələb olunan səviyyədə qurulmayıb. Arxiv işinə ciddi diqqət yetirilməli, hər bir əməkdaş öz vəzifə məsuliyyətini öyrənməlidir.
Muxtar respublikada arxiv işi sahəsində fəaliyyətin düzgün təşkil olunmamasına görə idarənin rəisi Fəxrəddin Cəfərova xəbərdarlıq olunub”.
Sonra Ali Məclisin Sədri yeni gətirilən sənədlərə baxıb.
Məlumat verilib ki, Azərbaycan Respublikası Dövlət Arxivində, Dövlət Tarixi Arxivində, Dövlət Kino-Foto Sənədləri Arxivində, Dövlət Səs yazıları Arxivində, Ədəbiyyat və İncəsənət Dövlət Arxivində və Milli Arxiv İdarəsinin elmi məlumat kitabxanasında araşdırmalar aparılıb, muxtar respublikanın tarixi ilə bağlı 88 sənəd aşkar edilərək 1245 vərəqənin surəti çıxarılıb. Bu sənədlər içərisində Kalbalı xan Naxçıvanskiyə, Kərim xan İrəvanskiyə, Murad xan Naxçıvanskiyə aid, eləcə də 1828-ci ildən 1917-ci illərə kimi Naxçıvanın tarixi ilə bağlı müxtəlif fondlardan aşkar edilmiş sənədlərin, Naxçıvanın 1921-ci ildə tərtib olunmuş inzibati ərazi bölgüsünün xəritəsinin, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, elmi və mədəni həyatını əks etdirən müxtəlif tarixi dövrlərə aid sənədlərin surətləri vardır. Naxçıvanlı ədiblərin, dövlət və elm xadimlərinin şəxsi fondları araşdırılarkən dəyərli məktublardan, nadir fotoşəkillər və əlyazmalardan ibarət 1462 vərəqənin və fotoşəkillərin də surətləri çıxarılıb.
Sənədlər içərisində Ümummilli lider Heydər Əliyevin 1974, 1978, 1980, 1982-ci illərdə Naxçıvana səfərləri ilə bağlı fotoşəkillər və kinolentlər də vardır. Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaranmasının 50 illiyi münasibəti ilə Naxçıvan şəhərinə səfəri, Onun dəmir yolu vağzalında qarşılanması, Naxçıvanda sənaye və tikinti müəssisələrində olarkən çəkilən fotoşəkilləri xüsusi maraq doğurur.
Ali Məclisin Sədri ölkə arxivlərində aparılan araşdırmaların davam etdirilməsi, Naxçıvan xanlığının tarixi ilə bağlı arxiv sənədlərinin üzə çıxarılması və aşkar olunmuş yeni sənədlərin tədqiq olunması barədə tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56

