/ / Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisə seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxıb
Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisə seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxıb
25.11.2015 [10:08]
Noyabrın 24-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxıb.
AZƏRTAC xəbər verir ki, iclasa sədrlik edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiyasının 86-cı, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54-cü maddələrinə müvafiq olaraq, xüsusi konstitusiya icraatı qaydasında Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə işə baxan Plenumun tərkibini elan edib.
Məruzəçi hakim Kamran Şəfiyev çıxış edərək bildirib ki, Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi üçün səsvermənin ümumi yekunları haqqında MSK-nın, habelə dairə seçki komissiyalarının protokollarını və onlara əlavə edilən sənədləri noyabrın 18-də Konstitusiya Məhkəməsinə təqdim edib.
Hakim Rafael Qvaladzenin Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi yekun protokolunun, habelə dairə seçki komissiyalarının protokollarının (onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlanılmasının nəticələrinə dair məruzələri dinlənilib. Bildirilib ki, Mərkəzi Seçki Komissiyasının sənədləri Konstitusiya Məhkəməsinə daxil olduqdan sonra məhkəmə onların yoxlanılması üçün müvafiq mütəxəssisləri cəlb edib, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54.4-cü maddəsinə uyğun olaraq Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki Apelyasiya məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikası Ali Məhkəməsindən və Respublika Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb edib. Müəyyən edilib ki, bu orqanlara daxil olmuş şikayətlərə qanunvericiliyin tələblərinə uyğun baxılıb.
Sonra MSK-nın sədri Məzahir Pənahov parlament seçkilərinə hazırlıq dövründən başlayaraq görülən işlər barədə ətraflı məlumat verib. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il avqustun 28-də “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncama müvafiq olaraq MSK seçkilərlə bağlı təqvim planı hazırlayıb qəbul edərək seçkilərin qanunvericiliyə uyğun olaraq həyata keçirilməsini təmin edib. Bildirilib ki, parlament seçkilərinə hazırlıq və səsvermə prosesi Azərbaycan Respublikasının Seçki Məcəlləsi əsasında keçirilib. Seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün bütün lazımi addımlar atılıb. Seçici siyahıları dəqiqləşdirilib və bu barədə MSK-ya həm yerli, həm də beynəlxalq seçki subyektləri tərəfindən müraciət daxil olmayıb.
Qeyd olunub ki, seçkilərdə 15 siyasi partiya və 7 siyasi partiyanı birləşdirən bir siyasi blok iştirak edib. Namizədlərin irəli sürülməsi və qeydiyyatı seçki qanunvericiliyinə uyğun olaraq aparılıb və 767 namizədin adı seçki bülletenlərinə daxil edilib. Bu namizədlərin yarıdan çoxu həmin siyasi partiya və blokun namizədləri olub.
M.Pənahov namizədlərin qeydiyyatı və təşviqat kampaniyası üçün yaradılan imkanlardan danışıb. Bildirib ki, ümumiyyətlə, namizədlər seçicilərlə görüşlərdə heç bir məhdudiyyət hiss etməyiblər. Namizədlərin seçkiqabağı təşviqatı Seçki Məcəlləsinin tələbinə uyğun, əhatəli və müasir səviyyədə təşkil olunub. MSK həm beynəlxalq, həm də yerli təşkilatlarla müxtəlif seçki subyektləri üçün geniş maarifləndirmə proqramı həyata keçirib.
Diqqətə çatdırılıb ki, 5547 seçki məntəqəsində 5 milyon 200 mindən artıq seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb. Səsvermə günü MSK-ya səsvermənin gedişi ilə bağlı heç bir rəsmi müraciət daxil olmayıb. MSK-nın “Qaynar xətt”inə 150-yə yaxın müraciət edilib ki, onlar da əsasən sorğu xarakterli olub.
Seçkilərdən sonra MSK-ya 34 dairəni əhatə edən 46 müraciət daxil olub ki, onların da hamısı operativ surətdə araşdırılıb. Ümumilikdə, 58 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb.
M.Pənahov deyib ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə 40, əlavə olaraq isə 18 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib. Onlardan 5-də nəticələr dairə seçki komissiyası, 13-də isə MSK-ya daxil olan müraciətlər və onların araşdırılması nəticəsində ləğv olunub.
MSK sədri diqqətə çatdırıb ki, seçkilərin şəffaf keçirilməsi baxımından bu seçkilər də yüksək göstəricilərə malikdir. Məntəqələrdə 65 mindən çox yerli, həmçinin 40-dan artıq beynəlxalq nüfuzlu qurumun 500-dən çox nümayəndəsi seçki prosesini izləyib. Bildirilib ki, mindən çox seçki məntəqəsində veb-kamera quraşdırılıb. Səsvermənin gedişindən protokolların tərtib edilərək dairə seçki komissiyalarına çatdırılması mərhələsi də daxil olmaqla bütün proseslər onlayn rejimdə veb-kameralarla dünya ictimaiyyətinə çatdırılıb. Dövlətimizin başçısının təşəbbüsü ilə tətbiq olunan veb-kamera praktikası Azərbaycan Prezidentinin ölkəmizdə seçkilərin demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin göstəricisidir.
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov, həmin kafedranın dosenti, hüquq üzrə fəlsəfə doktoru Sübhan Əliyev ekspert rəyləri ilə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla Ulduzə Həmidova çıxış ediblər.
Çıxış edənlər hakimlərin suallarını cavablandırıblar.
Sonra Konstitusiya Məhkəməsinin Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.
Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edib. Qərara əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

