/ / Leyla Əliyeva: Heydər Əliyev hesab edirdi ki, alimlər özünə xüsusi qayğıkeş münasibət tələb edən sosial təbəqədir
Leyla Əliyeva: Heydər Əliyev hesab edirdi ki, alimlər özünə xüsusi qayğıkeş münasibət tələb edən sosial təbəqədir
18.12.2014 [10:23]
Moskvada “Mədəniyyətlərin dialoqu: sosial, siyasi və dəyər aspektləri” kitabı çapdan çıxıb. Kitab çapa Rusiya Elmlər Akademiyasının (REA) Fəlsəfə İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutu, Rusiya Kulturologiya İnstitutu, Rusiya Fəlsəfə Cəmiyyəti və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən hazırlanıb.
Kitab Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan “Mədəniyyətlərin dialoqu: sosial, siyasi və dəyər aspektləri” forumunun materialları əsasında hazırlanıb.
Kitaba müqəddiməni Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yazıb. O, qeyd edib ki, bu kitab Azərbaycan, Rusiya, Qazaxıstan və bir sıra digər ölkələrin alimlərinin mədəniyyətlərin dialoqu, qloballaşma dövründə onun çoxşaxəliliyi, dinamikası haqqında diskussiya və düşüncələrinin yekunudur. Heydər Əliyev Fondunun vitse-prezidenti yazıb: “Heydər Əliyev ölkənin uğurla inkişaf etməsi üçün beynəlxalq əməkdaşlığın zəruri olduğunu yaxşı başa düşür, Rusiya və digər keçmiş Sovet İttifaqı respublikaları ilə mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayırdı. O əmin idi ki, milli mədəniyyətin inkişafı onun dünya irsinin ən yaxşı xüsusiyyətlərini mənimsəmək bacarığı ilə sıx bağlıdır. Gözəl bilirdi ki, müxtəlif xalqların mədəniyyətlərində ümumbəşəri və qlobal problemlərin həllində dialoq və birləşmə imkanlarını müəyyən edən unikal tərkib hissəsi var. Məhz buna görə Azərbaycan bu gün də dünyanın ən tolerant ölkələrindən biri, müxtəlif din, dil və ənənələrə mənsub olan insanların öz evi saydığı məkan olaraq qalır”.
Müqəddimədə vurğulanır ki, Heydər Əliyevin dövlətçilik strategiyasına söykənmək, ilk növbədə, modernləşmə kursunu inamla reallaşdırmaq, habelə kommunikasiya vasitələrinin, şəhər və regionların inkişafını, əhalinin rifahının yüksəldilməsini nəzərdə tutan “Azərbaycan 2020” konsepsiyasını uğurla həyata keçirmək deməkdir. Heydər Əliyev əmin idi ki, elmin inkişafı cəmiyyət üçün əhəmiyyətlidir. O, ömrü boyu bu əqidəyə sadiq qalıb, hesab edib ki, alimlər özünə xüsusi qayğıkeş münasibət tələb edən sosial təbəqədir. Ulu öndərin xalqımızın misli-bərabəri olmayan başlıca sərvətinə - Azərbaycan Milli Elmlər Akademiyasına qayğıkeş münasibəti bu baxımdan nümunəvidir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yazır: “Bu gün Heydər Əliyev aramızda yoxdur, lakin Onun işləri və ideyaları yaşayır. Bu il onilliyini qeyd edən Heydər Əliyev Fondu var. Fond Azərbaycan xalqının Ümummilli liderinin bütün təşəbbüslərini davam etdirir, onları müvəffəqiyyətlə həyata keçirir”.
Fəlsəfə elmləri doktoru, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Çumakovun və Beynəlxalq Müstəqil Ekoloji-Siyasi Universiteti Akademiyasının Qloballaşma və Sabit İnkişaf İnstitutunun direktoru, professor Nizami Məmmədovun redaktəsi ilə çap olunan kitabda qlobal təfəkkür tərzinin formalaşdırılması, multikulturalizmin siyasi və hüquqi aspektləri, dünyanın müxtəlifliyi və universal dəyərlər mövzularında tanınmış alimlərin çıxışları toplanıb.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30

