Beş qitənin həkimləri Azərbaycanda - Heydər Əliyev Mərkəzində
21.11.2014 [10:10]
Noyabrın 20-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşəbbüsü ilə “Anadangəlmə ürək xəstəliklərinin müalicəsində yeniliklər” adlı Azərbaycan Beynəlxalq Ürək Qrupunun 1-ci beynəlxalq konfransının rəsmi açılışı olub.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə “Uşaq ürəkləri Azərbaycanda döyünür” devizi ilə keçirilən beynəlxalq konfrans 20 noyabr - Ümumdünya Uşaqlar Gününə həsr olunub.
Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli mərasim iştirakçılarını salamlayaraq bildirib ki, bu mühüm beynəlxalq tədbir, eyni zamanda, uşaq hüquqlarının əsas təməli sayılan “Sağlamlıq hüququ”nun təmin olunması istiqamətində BMT-nin qlobal təşəbbüsünə Azərbaycan dövlətinin və səhiyyəsinin göstərdiyi humanist dəstəyin gözəl nümunəsidir.
Ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzin fəaliyyətindən danışan A.Kərimli qeyd edib ki, artıq Azərbaycan bir çox beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Sevindirici haldır ki, bu tədbirlərin bir çoxuna Heydər Əliyev Mərkəzi ev sahibliyi edir. O, ölkəmizdə səhiyyənin sürətlə inkişaf etdiyini və bu sahədə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətini də vurğulayıb. Bildirib ki, beş qitəni - Amerika, Avropa, Asiya, Avstraliya və Afrikanı əhatə etməklə 40-dan çox ölkədən dəvət olunmuş 100-dən çox pediatr, kardioloq və ürək-damar cərrahı Azərbaycanda bir araya gələrək dünya ictimaiyyətinin diqqətini bir daha bu mühüm problemə yönəldəcəklər. Bu baxımdan konfrans gənc həkimlərin yetişməsində və formalaşmasında mühüm rol oynayacaq.
Konfransın azərbaycanlı həkimlər üçün faydalı olacağını diqqətə çatdıran Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, Heydər Əliyev Mərkəzində ilk dəfə keçirilən bu mühüm səhiyyə tədbiri, həm də qonaqlara Azərbaycanın son illərdə qazandığı nailiyyətlərlə də tanış olmaq imkanı verəcəkdir. Nazir müavini ölkəmizdə ana və uşaq ölümünün azaldığını, son 8 ildə 600-dək tibb müəssisəsinin əsalı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini, bu səhiyyə ocaqlarının əksəriyyətinin uşaqlar üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasından danışan E.Ağayev bildirib ki, hər bir uşağın sağlamlığı dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir. İndiyədək ölkəmizdə 2 milyondan çox uşaq icbari dispanserizasiyadan keçirilib.
Açılışda çıxış edən Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri Rəşad Mahmudov deyib ki, konfransda yerli və xarici mütəxəssislər arasında aparılacaq qlobal elmi-təcrübi fikir mübadiləsi respublikamızda anadangəlmə ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında, müalicəsində beynəlxalq standartlara uyğun xidmətin və keyfiyyət sisteminin tətbiqinə təkan verəcəkdir. O, əminliklə bildirib ki, perinatologiya, neonatologiya, reanimatologiya, pediatrik kardiologiya və ürək-damar cərrahiyyəsi sahələri arasındakı inteqrasiya və bu sahələrdə çalışan peşəkarlar arasındakı qarşılıqlı iş birliyi bu problemin həllində mühüm nailiyyətlər əldə etməyə köməklik edəcəkdir. Bu nailiyyətlər öz növbəsində anadangəlmə ürək xəstəliyi ilə doğulan körpələrə, uşaqlara və yeniyetmələrə göstərilən peşəkar qayğının daha yüksək səviyyədə həyata keçirilməsinə zəmin yaradır. Konfransın innovativ və zəngin elmi proqramı pediatriya, kardiologiya və ürək-damar cərrahiyyəsi sahələrinin əsas istiqamətlərini əhatə etməklə anadangəlmə ürək qüsurlarının diaqnostikasında, müalicəsində ən son yenilikləri, tədqiqatlarda elmi və texnoloji nailiyyətləri özündə əks etdirir. Konfransda tanınmış beynəlxalq mütəxəssislərin məruzələri, həmçinin klinik kurslar, canlı cərrahiyyə yayımı və videotəqdimatlar təşkil olunacaqdır.
Heydər Əliyev Mərkəzinin səhiyyə sahəsində layihələrə dəstək verilməsi istiqamətindəki fəaliyyəti çərçivəsində reallaşan beynəlxalq konfransın açılış mərasimində anadangəlmə ürək qüsurları probleminə həsr olunan film nümayiş etdirilib.
Konfrans işini noyabrın 22-dək davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

