Novruz Məmmədov: Minsk qrupunun həmsədrləri sanki özləri gərginlik yaratmaqda maraqlıdırlar
21.11.2014 [10:05]
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı ilə əlaqədar Newtimes.az portalına məxsusi müsahibə verib. AzərTAc müsahibəni təqdim edir.
- Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın keçirdiyi hərbi təlimlər zamanı baş vermiş insidentlə əlaqədar Minsk qrupu həmsədrlərinin səsləndirdiyi bəyanatı necə qiymətləndirirsiniz?
- Çox maraqlıdır, artıq bir həftədir ki, baş vermiş və mahiyyəti ilə Ermənistanın işğalçılıq siyasətinin tam davamı olan bu təxribata həmsədrlər, nəhayət, mövqe bildirmək qərarına gəldilər. Amma təəssüflər olsun ki, onlar öz amplualarındadırlar.
Mən Minsk qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı artıq dünən böyük bir tədbirdə mövqe bildirdim. Onların fəaliyyətinin bu günə qədər bir nəticə verməməsinin səbəbini də açıqladım. Doğrudan da, Minsk qrupunun həmsədrləri sanki özləri gərginlik yaratmaqda maraqlıdırlar. Yoxsa onlar bilmirdilər ki, Ermənistan Azərbaycan ərazilərində hərbi təlimlər keçirməyi qərara alıb? Məgər onlar bu təlimlərə 40 minlik qoşunun, eyni zamanda, hərbi avadanlıq və silahların cəlb edilməsi haqqında Ermənistanın verdiyi bəyanatlardan xəbərsiz idilər? Məgər onlar bilmirlər ki, Azərbaycanın beynəlxalq birlik, eləcə də təmsil etdikləri ölkələr tərəfindən tanınmış əraziləri 25 ildir işğal altındadır və bu ərazilərdən bir milyona yaxın insan məcburi köçkünə çevrilərək Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıblar?
Amma həmsədrləri heç maraqlandırmadı ki, bu hərbi təlimlər nə üçün, hansı məqsədlə keçirilir? Məgər Dağlıq Qarabağdakı separatçı qurumun 40 minlik ordusu var? Axı heç orada 40 min erməni qalmayıb.
Bütün məsələləri həmsədrlər əla bilirlər. Lakin qeyd etdiyim kimi, onlar beynəlxalq hüququ arxivə ataraq Ermənistanın mövqeyindən çıxış edirlər. Özü də bu, birinci dəfə deyil. Necə yəni, helikopter “neytral ərazidə” düşüb. Təəssüf ki, həmsədrlər bunları bilə-bilə edirlər. Amma onu da bilməlidirlər ki, beynəlxalq aləmdə bu gün hökm sürən gərginlik belə məsuliyyətsiz bəyanatların nəticəsində yaranıb.
Digər bir məsələ də çox maraqlıdır. Guya həmsədrlər bilmirlər ki, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini tam minalayıb. Nə üçün bununla bağlı ağızlarına su alıb susurlar? İndi isə onlar özləri qazdıqları quyuya düşüblər.
Daha bir məqama toxunmaq istəyirəm. Həmsədrlər tez-tez öhdəliklərdən danışırlar və bu mövzuda ictimaiyyətə fikir bildirirlər. Bəs onların özlərinin öhdəliyi yoxdur? Yoxsa düşünürlər ki, “siz özünüz razılığa gəlin” deməklə öz öhdəliklərini yerinə yetirmiş hesab edirlər. Bu məsələ hamıya aydındır: münaqişənin sülh yolu, danışıqlar vasitəsilə beynəlxalq hüququn normalarına uyğun, ədalətli həlli üçün beynəlxalq birlik və tarix qarşısında məsuliyyət də, öhdəlik də həmsədrlərin üzərindədir. Onlar turist deyillər.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

