“Bir millət, iki dövlət!”
08.11.2014 [10:02]
9 noyabr - Dövlət Bayrağı Günü və əsası 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Atatürk və silahdaşları tərəfindən qoyulan Türkiyə Cümhuriyyətinin yaranmasının 91-ci il dönümü münasibəti ilə Bakı Slavyan Universitetində (BSU) noyabrın 7-də “Bir millət, iki dövlət!” şüarı altında bayram tədbiri təşkil olunub. Tədbir Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyətinin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Əlamətdar gün münasibətilə mərasim iştirakçılarını salamlayan BSU-nun rektoru, professor Asif Hacıyev hər iki bayrama görə bütün türk dünyasını təbrik edərək, iki qardaş ölkəyə firavanlıq və uğurlar arzulayıb. O vurğulayıb ki, bu gün ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edir, hər iki ölkə beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir və eyni mövqedən çıxış edir. Rektor öz çıxışında dövlət bayrağının rəmzi mənalarına da toxunub: “Üçrəngli bayraq Azərbaycan dövlətinin suverenliyinin rəmzidir və Azərbaycanı dünya ölkələri arasında təmsil edən bir dövlət atributudur”.
Tədbirdə Türkiyə səfirinin təhsil məsələləri üzrə müşaviri Abdulqafur Büyükfırat və TUSİAB (Türk Sənaye və İşadamları Beynəlxalq Cəmiyyəti) yönətim qurumunun rəhbəri Yavuz Keleş iştirak ediblər. Cümhuriyyət bayramı münasibətilə təbrikləri qəbul edən Y.Keleş çıxışında Bayraq Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, göstərilən diqqətə və əziz günün sevincini bölüşdüklərinə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib. O deyib ki, Türkiyə öz dinamik inkişaf yolunda siyasi, iqtisadi, eləcə də demokratiya və insan haqları sahələrində böyük uğurlara imza ataraq regionda və dünyada mövqeyini möhkəmləndirib. Bu gün Türkiyə və Azərbaycan sıx birliyə nail olublar, ölkələrimiz iqtisadi cəhətdən inkişaf etdikcə bu birlik daha inamlı xarakter alır. Qonaq vurğulayıb ki, Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşı Hikmət Babayev hər iki bayram münasibətilə qurum adından öz təbriklərini çatdıraraq Fondun layihələrinə Türkiyənin Azərbaycandakı səfirliyinin cəlb olunmasından, həmçinin əməkdaşlığın perspektivlərindən söhbət açıb.
Daha sonra tədbir tələbələrin özfəaliyyət dərnəklərinin vətənpərvərlik mövzusunda hazırladıqları Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən şeir, musiqi nömrələri və səhnəciklərin nümayişi ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55

