Azərbaycanın nümayəndə heyəti ermənilərin yalançılığını avropalılara sübut edib
02.10.2014 [09:48]
Oktyabrın 1-də Moldovanın paytaxtındakı “Leogrand” mehmanxanasının konfrans zalında Qlobal Geoməkan İnformasiyanın İdarəolunması üzrə BMT ekspertlərinin Avropa Regional Komitəsinin (UN-GGIM: Europe) təsis konfransı keçirilib.
BMT-nin himayəçiliyi ilə təşkil olunmuş nüfuzlu forumda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov başda olmaqla Azərbaycan nümayəndə heyəti iştirak edib.
Məlum olduğu kimi, qlobal geoməkan informasiyanın idarə edilməsi üzrə artıq Amerika, Afrika, Ərəb, Asiya-Sakit okean regional təşkilatları fəaliyyət göstərir.
İştirakçılar yeni strukturun - Avropa bölməsinin Nizamnaməsini onun fəaliyyətini reqlamentləşdirən digər sənədləri təsdiqləyiblər.
Qlobal geoməkan informasiyanın idarə edilməsi 4 prosesi - toplama, xəritəçəkmə, təhlil və bölgü proseslərini əhatə edir. Ulu öndər Heydər Əliyevin aqrar islahatı geoməkan informasiyasının toplanmasına çox böyük töhfə verdi. Fundamental əsərin - “Azərbaycan Respublikasının Milli Atlasının” nəşri xəritəçəkmə sahəsində ən sanballı nailiyyətdir. Təhlil sahəsində profil dövlət komitəsi tərəfindən İnteraktiv elektron xəritə yaradılıb. Bir neçə gün əvvəl bu xəritəyə suvarılan torpaqlar da əlavə edilib. Geoməkan informasiyanın bölgüsü üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Aerogeodeziya müəssisəsində idarəetmə mərkəzi olan 37 stansiyadan ibarət geodeziya referensiya şəbəkəsinin imkanlarından geniş istifadə olunur.
Konfrans çərçivəsində Qərib Məmmədov Moldova hökumətinin baş katibi Viktor Bodyu ilə, öz avropalı həmkarları ilə danışıqlar aparıb və profil mövzuları onlarla müzakirə edib. O, Prezident İlham Əliyevin Sərəncamına əsasən cari ildə işıq üzü görmüş “Azərbaycan Respublikasının Milli Atlası”nın nəfis nəşr olunmuş nüsxələrini konfrans iştirakçılarına hədiyyə verib.
Dünən Azərbaycan nümayəndə heyətinin “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin təqdimatı da çoxsaylı forum iştirakçılarının diqqət mərkəzində olub. Bu xəritə Rusiya Baş qərargahının Baş idarəsinin hərbi topoqrafiya şöbəsi tərəfindən tərtib olunmuş və litoqrafiya üsulu ilə çap edilmiş XX əsrin əvvəlində Qafqaz hərbi dairəsinin xəritəsi əsasında dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Bakıda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bərpa edilərək nəşr olunub.
Xəritədə toponimlər - yaşayış məntəqələrinin, çayların, dağların və s. adlarını göstərməklə ölkəmizdə Azərbaycan, rus və ingilis dillərində yenidən nəşr olunub, Kişineuda rus və ingilis dillərində təqdim edilib.
Q.Məmmədov təqdimatda deyib: “Xəritənin nəşrindən başlıca məqsəd ermənilərin “Dənizdən dənizədək böyük Ermənistan” yaratmaq ideyasının cəfəngiyat olduğunu göstərməkdir”.
O qeyd edib ki, Ermənistan tarixi və coğrafi faktları həyasızcasına saxtalaşdırır, mənbələri təhrif edir, torpaqlarımızı işğal edərək qədim coğrafi obyektlərin adlarını dəyişir. Misal üçün Azərbaycan nümayəndə heyətinin rəhbəri avropalı həmkarlarına bildirib ki, 2007-ci ildə ermənilər “Ermənistan və Dağlıq Qarabağ” adlı öz milli xəritələrini hazırlayıblar və Dağlıq Qarabağın işğal olunmuş ərazilərini, habelə Azərbaycanın yeddi ətraf rayonunu bu xəritəyə daxil edərək həmin ərazilərdəki çayların, göllərin, dağların, şəhərlərin, kəndlərin, qəsəbələrin adlarını erməniləşdiriblər. O, əlavə edib ki, məlum olduğu kimi, son illər Ermənistan xəritələrdə, atlaslarda, KİV-lərdə və internetdə coğrafi adların, inzibati rayonların sərhədlərinin, ölkəmizin dövlət sərhədlərinin dəyişdirilməsi və təhrif olunması sahəsində intensiv iş aparır.
Q.Məmmədov qeyd edib ki, ermənilər guya Cənubi Qafqazda çoxdan yaşadıqlarını iddia edir və bildirirlər ki, Qara dənizlə Xəzər dənizi arasındakı ərazi “erməni torpaqlarıdır”. Q.Məmmədov deyib ki, bu xəritədə biz heç bir erməni toponimi görmürük və əlbəttə, ermənilər bu ərazidə aborigenlər deyildir.
Beləliklə, Moldova paytaxtında BMT-nin himayəçiliyi ilə keçirilən forumda erməni saxtakarlarına növbəti sarsıdıcı zərbə endirilib.
Dünən Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə BMT ekspertlərinin Avropa regional komitəsinin təsis konfransı işini başa çatdırıb.
AzərTAc-ın xəbər verdiyi kimi, sentyabrın 29-30-da Kişineuda nümayəndə heyətimiz “EuroGeographics” Baş Assambleyasının ikigünlük iclasında uğurla iştirak edərək bu Avropa strukturunda fəal və kreativ fəaliyyətinə görə təşkilatın prezidenti İnqrid Vanden Berge tərəfindən yüksək qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

